Icma.az
close
up
RU
AQTA nın sarı boya əməliyyatı: Fermerləri cəzalandırmalı, yoxsa kömək etməli?

AQTA nın sarı boya əməliyyatı: Fermerləri cəzalandırmalı, yoxsa kömək etməli?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"İstehlakçılar bilməlidir ki, toyuqlar üç cür yetişdirilir. Biri, sərbəst toyuqlardır, səhər tezdən həyətə buraxırlar, axşama kimi gəzirlər. İkincisi, yarı sərbəst toyuqlardır, bunlar əksər hallarda açıq havada saxlanılır, bəzi hallarda xüsusi yemlərlə bəslənilir. Üçüncüsü isə broler toyuqlarıdır ki, bunlar qapalı mühitdə bəslənilir".

Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Xırdalanda rəngləmiş toyuqların "Kənd toyuğu" adı ilə satılması məlumatına aydınlıq gətirərkən deyib. 

Sədrin sözlərinə görə, bu gün əksər ailələr kənd toyuqlarına üstünlük verir:

"Kənd toyuqlarının ayaqları sarı rəngdə olur. Toyuq saxlayan fermerlər təbiətin verdiyi özəllikdən istifadə edirlər. Həmin toyuqların ayaqları sarı olmur, sonradan boyayırlar. Çox yaxşı haldır ki, AQTA bu halı ifşa edib. Bu toyuqlar istehlakçının diqqətini cəlb etmək üçün ayaqları üstə satılır".

Sədr Qida Təhlükəsizliyi Agentliyinin apardığı işi zəruri hesab edir:

"Lakin kafi deyil. Ona görə ki, xüsusən Bakı ətrafı yerlərdə bu cür yarıazad toyuqlar saxlanılır və kəsilir. Azad İstehlakçılar Birliyi çalışır ki, onların yerini müəyyən etsin və Qida Təhlükəsizliyi Agentliyinə məlumat versin. Biz bununla bağlı müəyyən işlər aparırıq ki, onların koordinatlarını müəyyən edək. Qida zəncirinin istəlinən mərhələsi ilə məşğul olan insanlar mütləq AQTA-da qeydiyyata durmalıdır. AQTA onlara müəyyən yardımlar göstərməlidir".


Eyyub Hüseynov belə kiçik fermer təsərrüfatların bağlanmasının tərəfdarı olmadığını əlavə edib:

"Bu cür radikal addımların atılmasına qarşıyıq. Onlara köməklik göstərməliyik ki, ayaq üstə dura bilsinlər və ölkədə ərzaq təhlükəsizliyi təmin olunsun. AQTA yəqin ki, bunu nəzərə alar. Təkcə bağlamaq deyil, həm də kömək etmək lazımdır ki, başlanmış biznes qanunlara uyğun irəliləsin. İstehlakçılar bu cür qeyri-qanuni fəaliyyət göstərən yerlər gördükdə qaynar xətt vasitəsi ilə AQTA-ya məlumat versinlər".

Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyi Xırdalanda "kənd toyuğu" adı altında toyuqların Tartrazin (E102) qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığını aşkarlayıb. Tartrazin (E102) dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır, insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malikdir. 

Bahar Rüstəmli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri