Icma.az
close
up
RU
AQTA nın sədri Ağstafada vətəndaş müraciətlərini dinləyəcək

AQTA nın sədri Ağstafada vətəndaş müraciətlərini dinləyəcək

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli fevralın 21-i saat 14:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax, Tovuz rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq, fevralın 20-dək qəbula yazıla bilərlər.

Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri