AQTA nın şöbə müdiri: Altı rayonun 11 məntəqəsində pestisid qalıqları və çirklənmiş torpaqlar təmizlənəcək
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hacıqabul, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət fitosanitar müfəttişi Elmar Allahverdiyev söyləyib.
O qeyd edib ki, növbəti mərhələdə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur.
Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad da daxil olmaqla, ümumilikdə 6 rayonun 11 məntəqəsində keçmiş “Kənd kimya” birliklərinin ərazilərində analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
"Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir", - deyə E.Allahverdiyev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 28 Oktyabr 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















