SOCAR Türkiyədə nafta istehsalını artırıb
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 151 min 357 tona yaxın nafta istehsal edib.
Bakıvaxtı.az xəbər verir ki, bu, 2025-ci ilin sentyabr ayı ilə müqayisədə 21 min 632 ton və ya 16,7 % çoxdur.
Ümumilikdə, bu ilin sentyabr ayında Türkiyədə fəaliyyət göstərən emal müəssisələrində 160 min 728 tona yaxın nafta istehsal edilib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 45 min 142 ton və ya 39,1 % artıqdır.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft markalarını emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 14 Noyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















