İranla Qətərin XİN başçıları Fələstin və Yəməndəki vəziyyəti müzakirə edbilər
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, tərəflər regional məsələləri, xüsusən Fələstin və Yəməndəki hadisələri müzakirə edib, fikir mübadiləsi aparıblar.
Qeyd olunur ki, İran və Qətərin xarici işlər nazirləri Yəmənin ərazi bütövlüyünün və birliyinin qorunmasının vacibliyini vurğulayıblar.
Hər iki nazir İsrailin atəşkəs müqavilələrini pozması, Qəzzaya, Livana davam edən hücumları fonunda Fələstin və Livandakı vəziyyətdən narahat olduqlarını bildiriblər. Əraqçi və Əl-Tani beynəlxalq ictimaiyyətin İsrailə öhdəliklərini tam yerinə yetirməsi üçün təzyiq göstərməsinin vacibliyini vurğulayıblar. (Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 28 Dekabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















