Icma.az
close
up
RU
AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirədə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) iclas keçirilib. 

"Unikal" xəbər verir ki,  AQTA sədri Qoşqar Təhməzlinin rəhbərliyi ilə baş tutan toplantıda qida təhlükəsizliyi sahəsində institusional transformasiyanın dərinləşdirilməsi, rəqəmsal idarəetmə modelinin təkmilləşdirilməsi və innovasiya əsaslı həllərin sistemli tətbiqi istiqamətində görülən işlər barədə məlumat verilib. Agentliyin rəqəmsal transformasiya gündəliyi çərçivəsində həyata keçirdiyi tədbirlər kompleks şəkildə təqdim edilib. Göstərilən xidmətlərin tam rəqəmsallaşdırılması, xidmətlərin “MyGov” platformasına inteqrasiya olunması, süni intellekt, kibertəhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Qeyd olunub ki, hazırda Agentliyin xidmətləri üzrə rəqəmsallaşma 87% təşkil edir. 

Bildirilib ki, rəqəmsal transformasiya yalnız texniki yenilənmə deyil, eyni zamanda qərarvermə prosesinin məlumat əsaslı modelə keçidi, idarəetmədə çevikliyin artırılması və resursların daha səmərəli bölüşdürülməsi deməkdir. Bu yanaşma qida təhlükəsizliyi sahəsində proqnozlaşdırıcı nəzarət mexanizmlərinin formalaşdırılmasına, potensial risklərin əvvəlcədən müəyyən edilməsinə və çevik reaksiya imkanlarının genişləndirilməsinə şərait yaradır.

Müzakirələr zamanı digər dövlət qurumları və beynəlxalq tərəfdaşlarla elektron məlumat mübadiləsinin genişləndirilməsi, qarşılıqlı əlaqələrin optimallaşdırılması və vahid rəqəmsal mühitin formalaşdırılması məsələləri xüsusi vurğulanıb.

Toplantının yekununda xidmətlərin tam elektronlaşdırılması, innovativ texnoloji həllərin tətbiqinin sürətləndirilməsi və rəqəmsal transformasiya prosesinin mərhələli şəkildə icrası ilə bağlı konkret tapşırıqlar verilib.

AQTA qida təhlükəsizliyi sistemində şəffaflıq, effektivlik və dayanıqlılıq prinsiplərinə əsaslanan müasir idarəetmə modelinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Fevral 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see402

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see346

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see241

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see229

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see206

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see205

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see205

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see203

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see197

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see189

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see182

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see181

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see177

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see170

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see168

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see163

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see161

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see154

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri