Icma.az
close
up
RU
AQTİ HALAL uyğunluq sertifkatını təqdim etmək hüququna sahib olub Xəbər saytı Son xəbərlər və Hadisələr

AQTİ HALAL uyğunluq sertifkatını təqdim etmək hüququna sahib olub Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub.

BAKU.WS xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Akkreditasiya üzrə qiymətləndirmə 12-16 Avqust 2024-cü il tarixlərində həyata keçirilib. Bununla da, İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən "HALAL" uyğunluq sertifikatını təqdim etmək hüququna sahib olub. Akkreditasiya prosesi SMIIC - İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun "OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - "HALAL" sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər" standartının əsasında həyata keçirilib.

"HALAL" uyğunluq sertifikatlaşması qida məhsullarının İslam hüququna uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir.

İnstitut tərəfindən uyğunluq sertifikatının təqdim olunması prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə müştəri tərəfindən www.afsi.gov.az veb səhifəsində göstərilən müraciət forması və ərizə dolduraraq [email protected] elektron poçt ünvanına göndərilir. Sonra İnstitutda daxil olan müraciət yoxlanılır, müştəriyə qiymət təklifi və müqavilə göndərilir. "Halal" sertifikatlaşdırma xidmətlərinin mərhələləri və onların dəyəri İnstitutun www.afsi.gov.az adlı rəsmi internet səhifəsinə yerləşdirilmişdir və ictimaiyyətə açıq məlumatdır.

"Halal" sertifikatlaşmanının növbəti mərhələsində müştərinin - qida subyektinin və onun obyektinin halal qaydalara uyğunluğu və həmin qida obyektinin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Sonda qiymətləndirmə prosseslərinin nəticəsinə əsasən, obyekt "Halal" standartının tələblərinə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsinin rəyi əsasında qida subyektinə etibarlılıq müddəti 3 (üç) il olan "HALAL" uyğunluq sertifikatı təqdim edilir. Ümumilikdə sertifikatlaşmaya sərf olunan müddət, müraciət edən qida subyektinin növündən, fəaliyyət istiqamətindən, proseslərin və qida təhlükəsizliyi idarəetmə sisteminin mürəkkəbliyindən asılı olaraq dəyişilə bilməkdədir.

İnstitutda Ölkəmizdə halal sertifikatlaşma prosesinin təşkil olunması məqsədilə İslam Ölkələri Standartlar və Metrologiya İnstitutu - SMIIC təşkilatı tərəfindən müəyyən edilmiş "OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - "HALAL" sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər" standartının tələblərinə uyğun olaraq keyfiyyət idarəetmə sistemi yaradılıb. Həmçinin standartın tələblərini qarşılamaq məqsədilə Sertifikatlaşma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən ibarətdir.

Hal-hazırda, İnstitut tərəfindən "OIC/SMIIC-1:2019 Halal qidaya dair ümumi tələblər" standartı üzrə halal sertifikatlaşma prosesi isə 4 kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların və ev quşlarının kəsimi, balıq və dəniz məhsullarının emalı, süd və süd məhsulları yumurta və yumurta məhsullarını, eyni zamanda emal edilmiş ət və ət məhsullarını əhatə edir. Həmçinin, qida subyektlərinin "Halal" sertifikatlaşdırma xidmətləri üzrə müraciətinin daha da asanlaşdırılması istiqamətində innovativ həllərin tətbiqi və qida subyektlərinin daha asan və əlçatan formada müraciət etməsinə şərait yaradılması məqsədilə yeni onlayn müraciət platformasının hazırlanaraq qısa zamanda bu sahədə fəaliyyət göstərən sahibkarlara və istehlakçılara təqdim edilməsi nəzərdə tutulmuşdur.

Beləliklə, AQTİ-nin həyata keçirdiyi halal sertifikatlaşma beynəlxalq səviyyədə tanınan və etibarlı sertifikatlaşma xidməti olaraq fəaliyyət göstərməkdədir.

Qeyd edək ki, hal-hazırki dövrə qədər 8 qida subyektindən Halal sertifikatlaşdırma istiqamətində müraciət daxil olmuşdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 Dekabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri