Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Ara müğənnilərin hegemonluğu nə vaxt bitəcək: qalmaqallar, saxta profilər, trollar

Ara müğənnilərin hegemonluğu nə vaxt bitəcək: qalmaqallar, saxta profilər, trollar

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həqiqi sosial proqramlar

Bir zamanlar cəmiyyət mediada və sosial mediada iki qrupun hegomonluğunun şahidi idi.

Bunlardan birincisi, “talk shou” adlandırılan, amma “talk”dan və “shou”dan daha çox saçyoldu, ağlaşma, qarğış, “dartma yaxam cırıldı” tipli sosial proqramlar idi.

Həmin proqramlarda əksərən psixiatrik xidmətə ehtiyacı olanları ekspert kimi təqdim edirdilər, arada aparıcı da bu ekspertlərlə veriliş iştirakçısı arasındakı mübahisəni daha da dramatikləşdirirdi. Birdən də aparıcı məsləhətlərə, danlaqlara başlayırdı və “verilişdə” it gəlib örkən aparırdı...

Çox şükür ki, ictimai qınaq, rəsmi qurumların xəbərdarlıqları ilə vəziyyət artıq düzəlib. Bu gün sosial şəbəkələrdə belə verilişlər o qədər də qınaq obyekti deyil. Amma bu verilişlər yenə də davam edir, yenə müzakirələr aparılır, tamaşaçısı da verilişə baxır. Deməli, belə də eləmək mümkün imiş.

“Tik-tok”da təmizləmə

Bir müddət əvvələ qədər “tik tok” sosial şəbəkəsi ilə bağlı vəziyyət də belə idi. Azadlığı xaos, zərərli vərdişlərin və peşələrin təbliği ilə qarışdıran, ictimai görüntü, ictimai çıxış anlayışından xəbərsizlər “tik-tok”da təkcə biabırçı söyüşlər, hərəkətlər yox, həm də cinayətlə məşğul olurdular. Məsələn, fahişəlik, narkomanlıq, falçılıq, dələduzluq kimi cinayət hallarını təbliğ və təşviq edirdilər.

Polis orqanlarının apardığı davamlı iş nəticəsində bu sahədə də xeyli müsbət nəticələr var. Sosial şəbəkəni söyüş, şəxsiyyəti alçaltma, qaralama meydanına çevirənlərin xeylisi cəzalanandan sonra vəziyyət müsbətə doğru dəyişib. Müşahidələr göstərir ki, onların çoxu yenə də “tiktoker” kimi fəaliyyət göstərirlər. Amma artıq ədəblə cümlə qurur, normal davranış nümayiş etdirirlər.

Müğənni hegomoniyası

Hazırda həm efirlərin, həm də sosial medianın hegomonları isə müğənnilərdir. Daha doğrusu, ara mahnılarının ifaçıları.

Çox təəssüf ki, efirlər və sosial şəbəkələr müğənnilərin nihakdankənar uşaq dünyaya gətirməsinin, nikahda olan şəxslə intim münasibətlərin normallaşdırılmasının, dələduzluğun qəhrəmanlıq kimi təqdim edilməsinin, savadsız, tam orta təhsili belə olmayanların cəmiyyətin problemləri barədə məsləhət verməsinin, biabırçı münasibətlər yaşayan müğənnilərin ailə dəyərlərinin “təbliğatçısına” çevrilməsinin meydanına çevrilib.

Təhsilsiz, düşüncəsiz, dəyərsiz, efirdə və sosial mediada “pullu kişi axtarışına çıxan”, yalnız “pullu kişi ilə münasibət qurmağın” doğruluğu barədə “fəlsəfi fikirlər” söyləyən bu müğənniciklər bütün günü efirlərdən, sosial şəbəkələrdən dəyərləri aşılamaqla məşğuldular.

Onlar sosial şəbəkələrdə lap pis davranırlar. Bir-birilə açıq mətnlə pullu kişi davası edirlər, heç bir günahı olmayan ailə üzvlərini, yaxınlarını alçaldıb aşağılayırlar.

Onların iyrənc, heç bir əxlaq, ədəb normasına sığmayan vulqar davaları, görüntüləri təkcə bezdirici deyil, həm də ürkütücü və pis təşviqatdır.

Heç bir savadı olmayan, danışığını, geyimini, davranışını bilməyən birinin cəmi 2-3 ilin içində milyonluq evlərinin olması barədə təkəbbürlə danışması, bu evləri nümayiş etdirməsi (çox vaxt bunlar yalan olur. Məsələn, Vəfa Şərifova adlı müğənni bir dəfə villa kirayə götürüb öz evi kimi təqdim etmişdi, sonra da efirdə bunu etiraf eləmək məcburiyyətində qalmışdı. Amma tamaşaçı çox vaxt bunu bilmir), maşınlar, qızıl-briliyant nümayiş etdirməsi onu seyr edən gəncə nəyi təbliğ edir?

Təbliğat budur: oxumağa, öyrənməyə, düşünməyə, ədəbli və əxlaqlı olmağa ehtiyac yoxdur. Müasir tibbin imkanları ilə görüntünü, müasir avadanlıqların imkanı ilə səsini düzəlt, bir az da tik-tokerlərə və tv aparıcılarına hədiyyələr göndər, bunun hamısından əvvəl də öz dedikləri kimi “sponsor” tap, vəssalam! Xoş gəldin zəngin, xoşbəxt və təmtəraqlı həyat.  

İndi sual budur: bu təbliğat bizim cəmiyyətin nəyinə lazımdı? Toy industriyasının sıradan çıxdığı bir vaxtda bu qədər “müğənni istehsalı” nədir?

Müğənni, ya başqa peşə sahibi?

Diqqətli izləyici, bu personaların səhnə mədəniyyətindən xəbərsiz olduqlarını çox açıq görür.

Azərbaycan səhnəsinə hərəkətliliyi, performansı iki xanım müğənni gətirib.

Milli musiqilərimizi səhnədə rəqsin müşayiəti ilə ifa etmək Zeynəb Xanlarovanın adı ilə bağlıdır. Bu, Zeynəb Xanlarovanı öz müasirlərindən fərqləndirən əsas cəhət idi.  Zeynəb xanımdan sonra xanım müğənnilər səhnədə sadə rəqs hərəkətləri ilə performans göstərirdilər.

Səhnəmizə estrada tərzində, səhnə şousu ilə ilk performansı isə Aygün Kazımova gətirib. Aygün xanım da estradanın parlaq nümayəndəsi kimi müasirlərindən bununla fərqlənib və bir yol açıb. 

Amma bu xanımların heç birinin rəqsində, həmçinin digər onlarla xanım müğənnimizin hərəkətlərində bədən üzvlərinə vurğu edən elementlər yoxdur. Çünki performans göstərmək müğənni işidir, sənətin bir parçasıdır.

Amma  qalmaqal peşəkarl olan “müğənnilər”in səhnə rəqslərinə, ədalarına  bir də diqqətlə baxın. Bunlar anlamır ki, pullu kişi axtarmaq kimi bədən üzvlərinə vurğu edən rəqslərlə əzalarını göstərmək də başqa peşənin sahiblərinin xüsusiyyətidir. Müğənniliyin mahiyyətində nə “pullu kişi axtarmaq” çıxışları, nə kişi üstündə efir davası, nə də rəqslə bədən əzalarını göstərmək var. Bunu edən peşənin adı başqadır, o peşənin də fəaliyyətinin təbliğ və təşviqi Azərbaycan qanunvericiliyi ilə qadağandır.

Saxta səhifə və profillər, trollar

Bu ara müğənnilərinin kütləvi olaraq məşğul olduğu daha bir qanun pozuntusu da var. Onların çoxu özləri üçün  trol dəstəsi (bu, “fanat ordusu” deyil) saxlayır, saxta səhifələr yaradırlar. Onlar saxta səhifələr, yüzlərlə saxta profillər vasitəsilə rəqibləri barədə qarayaxma aparır, bir-biri barədə alçaldıcı şərhlər, postlar yayır, həm də eyni profillərlə özlərini tərifləməkdən çəkinmirlər.

Bunlarsız mədəniyyətimiz boş qalacaq?

Araşdırma aparanda məlum olur ki, bu cür iyrənc dava və qalmaqallarla gündəmdə qalan ara müğənnilərinin sayı heç 10-15 nəfəri ötmür. Səsi, sənəti, istedadı, savadı olmayan bu adamlar bütün günü efir-efir gəzirlər, ordan barmaqlarını az qala gözümüzə soxub, bizi danlayırlar, başqa həmkarlarını aşağılayırlar. Olmayan ərlərindən, olmayan ərin hədiyyələrindən danışırlar. Efirə özlərinə hədiyyələr, gül dəstələri göndərirlər, geyimlərinin, qızıl-briliyantlarının qiyməti ilə öyünürlər. Məsələn, onlardan biri gopun dozasını o qədər qaldırmışdı ki, kəmərinə 10 min avro qiymət qoymuşdu.  

Bu ara adamları aparıcılarla əvvəldən ssenariləşdirilmiş ucuz qalmaqallar yaradırlar, səhnədə yıxlıb alt paltarlarını göstərirlər, bir sözlə “sponsor ovu”na çıxırlar.

Növbəti sual budur: Bizim efirimizdə, mədəniyyətimizdə çox qısa müddət əvvəl bu adamlar yox idi, efirlər boş qalmışdı, ya mədəniyyətimiz? Bu adamlar kimdilər ki, bütün günü hər yerdən ancaq onların çıxardığı əcaib səsləri eşidirik? Onlar olmasa biz cəmiyyət olaraq nə itirəcəyik ki?

Rəqabətin və qalmaqalın da bir ədəbi var

Müğənnilərin mahnı, rəqabət, daha yaxşı çıxış, daha yüksək performans üçün qalmaqalları normal haldır. Rəqabətdən doğan müzakirələr bəzən qalmaqal, düşmənçilik həddinə belə çata bilir. Korifey sənətkarlarımız arasında həmişə belə münasibətər olub. Bizim səhnələrimizin kulisləri, teatr divarları nə qalmaqallara, nə intriqalara şahiddir.

Bu məsələlərin efirə daşındığı, mübahisə və müzakirələrin, qarşılaşmaların olduğu vaxtlar da olub. Məsələn, Flora Kərimova ilə İlhamə Quliyevanın məşhur efir qarşılaşmasını youtubedən tapıb baxmaq olar.

Orda hər şeylə bağlı danışılır, hətta xanımların zövqləri, geyimləri, aksessuarları barədə belə. Amma tamaşaçı nəyi izləyir? Bir-birini sevməyən, hətta nifrət edən iki xanımın tamaşaçıya olan hörmətini, düşmənliyi belə səviyyəli apardıqlarını, zidd xarakterlərin davasını.

İstər efir olsun, istər sosial şəbəkə, istərsə də el şənliyi, konsert. Bu meydanların hamısı özünə müğənni deyən adam üçün səhnədir, tamaşaçısı ilə ünsiyyət vasitəsidir.

Bunlar nə edirlər? Tamaşaçını təhqir edirlər, bir-birinə qurşaqdan aşağı zərbə vururlar, vulqar, iyrənc danışıq, adam olmaqdan utandıran ürəkbulandıcı söhbətlər,  bir sözlə dibin dibi...

Özləri bacarmır, bəlkə kənar müdaxilə ilə dayanarlar...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:341
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Dekabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri