Binəqədi yolundakı təmir nə vaxt bitəcək?
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Binəqədi yolunda aparılan işlər ilə bağlı yolda iki həftədən çoxdur ki, gərgin vəziyyət yaranıb. Yolda nəqliyyatın hərəkəti iflic olub, avtobuslar ləngiyir, sərnişinlər kilometrlərlə yolu piyada getmək məcburiyyətində qalırlar.
Ötən ayın sonundan başlayan təmir işləri hələ də yekunlaşmayıb. Əksinə, daha çox ərazilərdə hərəkət qismən məhdudlaşdılıb.
Qeyd edək ki, Milli.Az-a verilən məlumata görə ərazidəki işlər Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən verilmiş sxemə və "Azərsu" ASC-nin texniki şərtinə əsasən həyata keçirilir. Binəqədi şosesində inşa edilmiş yaşayış komplekslərinə kanalizasiya xəttlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alınaraq sözügedən ünvanda sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülüb. İşin icrası zamanı nəqliyyatın hərəkəti tam dayandırılmayıb. Təmirin nə vaxt yekunlaşacağına dair məlumat verilmir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 20 İyun 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















