Araik 2,6 milyon manatı kimə verib? “Azərbaycan Ordusu Füzulidə əməliyyat zamanı…” Yeni Sabah
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın 3-cü prezidenti Serj Sərkisyanın “pulqabısı” sayılan “Fleş” şirkətinin sahibi Barseq Beqlaryan keçmiş qondarma rejimdən 600 milyon dram (təxminən, 2,6 milyon manat) təzminat alıb.
Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın DOK partiyasının rəhbəri Vardan Qukasyan deyib.
“Artsax”ın müdafiəsi üçün “Hayastan” Ümumerməni Fonduna göndərilən vəsait mənimsənilib. Beqlaryan 2021-ci ilin yanvarında 600 milyon dram təzminat alıb. Guya Azərbaycan Ordusu Füzulidə onun yanacaqdoldurma məntəqəsi partladıb və Barseq maliyyə itkisinə məruz qalıb. Minlərlə erməninin pulsuz yaşadığı və həkimə getməyə pulu olmadığı halda Arayik Arutyunyan pulu Beqlaryana verib. Halbuki orada yanacaqdoldurma məntəqəsi olmayıb.
Başqa sözlə desək, adam nə qədər *** (Vardan Qukasyan çox güman burada söyüş nəzərdə tutub – red.) olmalıdır ki, mövcud olmayan yanacaqdoldurma məntəqəsinə görə bu qədər təzminat alsın. Bütün güc strukturlarının rəhbərləri bunu bilirlər, lakin susurlar”, – Qukasyan bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 Noyabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















