Icma.az
close
up
RU
Araik Harutyunyan postunu itirə bilər

Araik Harutyunyan postunu itirə bilər

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Johovurd” qəzeti Ermənistan Baş naziri Aparatının rəhbəri Araik Harutyunyanın bu vəzifədən uzaqlaşdırılacağını yazıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Johovurd” qəzetinin müxbiri bununla bağlı sualını cavablandıran Baş nazir Nikol Paşinyan Araik Harutyunyan haqqında onu qəzəbləndirən hər hansı məlumatın ona verilmədiyini bildirib.

Lakin Baş nazir Harutyunyanın yenidən vəzifəsinə təyin olunub-olunmayacağını nə təkzib edib, nə də təsdiq edib. 
Qeyd edək ki, bu yaxınlarda “Johovurd” qəzeti Nikol Paşinyanın Arayik Harutyunyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki qərargahının işindən narazı olduğunu bildirmişdi.

Bu narazılıqdan sonra Harutyunyan iyulun 27-dək məzuniyyətə çıxıb və hazırda Amerika Birləşmiş Ştatlarındadır.
Qeyd edilir ki, seçkiqabağı dövrdə partiyanın maraqlarından çıxış edən Araik Harutyunyanın Nikol Paşinyanla razılaşdırmadan əvvəlcə kriminal aləmin nümayəndələri ilə əlaqələr qurub və onun bu addımları Baş nazirin qəzəbinə səbəb oldu.

Bundan başqa, seçkiqabağı kampaniya qərargahının səmərəliliyi ilə bağlı müzakirələr yekunlaşmayıb. Hökumətdəki mənbələrin sözlərinə görə, Nikol Paşinyana seçkilərdən əvvəl “Vətəndaş Müqaviləsi” partiyasının təxminən 65 faiz dəstəyə malik olduğu, hətta Konstitusiya çoxluğunu təmin edə biləcəyi barədə məlumat verilib.

Lakin seçkilərin nəticələri fərqli mənzərəni ortaya çıxarıb, hakim partiya səslərin təxminən 49 faizini toplayıb.
“Johovurd” qəzeti hakim partiyanın “Çiçəklənən Ermənistan” partiyasından təxminən 60 min səsi oğurladığını idda edir.

Bu, Baş nazirin həm qərargahın işindən, həm də ona verilən məlumatların etibarlılığından ciddi şəkildə narazı qalmasına səbəb olub.

Dünən “Hraparak” qəzeti də yüksək vəzifəli bir məmurun qanunsuz pul vəsaitlərinin köçürülməsi üçün ABŞ-da yaşayan erməni kriminal avtoritetlərə müraciət etdiyini yazıb. Bu məqalədən sonra “Johovurd” qəzeti hökumət dairələrindən sözügedən şəxsin Araik Harutyunyan olduğuna dair çoxsaylı məlumatlar alıb.

Eyni məlumatlara görə, Arayik Harutyunyan son illərdə dövlətin payı olan şirkətlər də daxil olmaqla, mədən nəhənglərinin fəaliyyətini koordinasiya edir.

Əlavə etmək lazımdır ki, son hadisələrdən əvvəl Araik Harutyunyan həm hakim partiya daxilində, həm də hakimiyyətdən kənarda kölgə proseslərindən çox uzaq, ən ləyaqətli məmurlardan biri kimi qəbul edilirdi.

Lakin son günlər Harutyunyanın bəzi pərdəarxası və mübahisəli proseslərdə iştirakı barədə məlumat yaymağa başlayanlar onun komanda yoldaşları idi ki, bu da Nikol Paşinyanın narazılığına səbəb olub.

Hökumət dairələrində Baş nazirin Araik Harutyunyanı baş müşaviri Lilit Makunts ilə əvəz etmək qərarına gəldiyinə şübhə qalmayıb.

Müşfiq Abdulla 
“Cebheinfo,az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 İyul 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri