Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Aralıq dənizi mağaraları yeni təhlükə ilə üzləşib

Aralıq dənizi mağaraları yeni təhlükə ilə üzləşib

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aralıq dənizində yerləşən və uzun müddət nəsli kəsilmək təhlükəsi altında olan növlər üçün sığınacaq rolunu oynayan dəniz mağaralarında ciddi ekoloji problem aşkar edilib. Alimlər bu gizli dərinliklərdə plastik çirklənməsinin təhlükəli miqyas aldığını müəyyən ediblər.

Qaynarinfo xəbər verir ki, "IDR” nəşrinin yazdığına görə, aparılan araşdırmalar göstərib ki, vaxtilə dəniz canlıları üçün təhlükəsiz məkan sayılan mağaralar artıq görünməz, lakin getdikcə artan plastik tullantılarla doludur. Bir zamanlar sığınacaq olan bu yerlər indi faktiki olaraq zibilliyə çevrilib.

Araşdırmada qeyd olunur ki, dənizlərin plastiklə çirklənməsi yeni problem olmasa da, alimlər bu uzunmüddətli ekoloji böhranın daha təhlükəli yeni mərhələsini üzə çıxarıblar.

Yeni tədqiqat Kipr sahillərində yerləşən təcrid olunmuş dəniz mağaralarında plastik və digər tullantıların şokedici dərəcədə yığıldığını göstərib. Tədqiqatçılar yoxlanılan bütün mağaralarda zibil aşkar ediblər. Bəzi mağaralarda tullantıların sıxlığı hər kvadrat metrə 97 ədədə qədər çatıb ki, bu da çimərliklərdə və ya dəniz dibində müşahidə olunan səviyyələri xeyli üstələyir.

Bu araşdırma Aralıq dənizi sahil zolağındakı dəniz mağaralarında tullantıların ilk genişmiqyaslı icmalı hesab olunur və dəniz həyatı üçün artan təhlükə ilə bağlı ciddi narahatlıq yaradır. Nəticələr göstərir ki, dəniz mağaraları suda sürüklənən tullantılar üçün "təbii tələ” rolunu oynayır.

Xüsusilə plastik tullantılar həm yerli ekosistem, həm də bu mağaralardan sığınacaq kimi istifadə edən nəsli kəsilmək təhlükəsi altında olan növlər üçün ciddi risk yaradır. Alimlər bildirirlər ki, mağaralar qapalı məkanlar olduğundan tullantılar burada toplanır və kənara çıxa bilmir.

Araşdırma zamanı 23 mağarada ümumilikdə 24 mindən çox tullantı predmeti aşkar edilib. Onların ümumi çəkisi 176 kiloqram təşkil edib. Xüsusilə daxili çimərlik sahəsi geniş olan və dalğaların təsiri orta səviyyədə olan mağaralarda daha çox zibil yığıldığı müəyyən edilib.

Tədqiqatda aşkar edilən tullantıların böyük hissəsi polistirol və plastik fraqmentlərdən ibarət olub. Bu tullantılar təkcə miqdarına görə deyil, həm də davamlılığına görə narahatlıq doğurur. Plastik zamanla daha xırda hissəciklərə parçalanaraq mikroplastikə çevrilir ki, bu da həm təmizlənməsi, həm də ətraf mühitdən tam çıxarılması olduqca çətin olan çirkləndiricidir.

Araşdırmanın ən həyəcanverici nəticələrindən biri "plasitər” adlanan yeni çirklənmə formasının aşkarlanması olub. Bu yapışqan, qara maddə qatran qalıqlarının mikro və makroplastiklə qarışması nəticəsində yaranır və mağaraların divarlarını və dibini qatranabənzər təbəqə ilə örtür. "Plasitər” dəniz mühitində nisbətən yeni ortaya çıxan təhlükəli çirkləndirici hesab olunur və onun dəniz mağaralarında aşkarlanması ekoloji riskləri daha da artırır.

Alimlərin xüsusi narahatlığına səbəb olan məqam "plasitər”in mağaraların özünə və orada yaşayan canlılara birbaşa təsir göstərmə potensialıdır. Qatran və plastikdən ibarət bu təbəqələr mağaralardan çoxalma və dincəlmə üçün istifadə edən heyvanlar üçün toksik mühit yaradır.

Məsələn, dünyada nəsli ən çox təhlükə altında olan dəniz məməlilərindən biri sayılan Aralıq dənizi rahib suitiləri bu mağaralardan balalarını dünyaya gətirmək və qorumaq üçün istifadə edir. "Plasitər”in toplanması bu növ üçün dağıdıcı nəticələrə səbəb ola bilər.

Araşdırma göstərib ki, əvvəllər suitilərin balalarını təhlükədən gizlətdiyi ən etibarlı mağara hissələri indi plastik tullantıların toplandığı zonalara çevrilir. Uzun, dəhliz tipli mağaralarda zibil əsasən arxa hissədə yığılır ki, bu da məhz balaların yerləşdiyi ərazilərdir. Bu, acı bir paradoks yaradır: suitilər üçün ən təhlükəsiz yer eyni zamanda tullantıların ən çox toplandığı məkan olur.

Böyük plastik qalıqlar səbəbindən suitilərin birbaşa ölüm halları qeydə alınmasa da, onların həzm sistemində mikroplastikin aşkarlanması sağlamlıqları üçün artan təhlükədən xəbər verir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see291

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see285

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see277

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see276

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see266

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see256

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see251

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see250

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see243

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see243

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see241

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see231

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see227

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see225

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see225

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see222

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see212

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see206

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see203

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri