Bakının Mərdəkan qəsəbəsində yataqxana binasında yanğın baş verib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 18 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN qüvvələrinin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində ümumi sahəsi 840 kvadratmetr olan ikimərtəbəli yataqxana binasında yanğının genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən alov söndürülüb.
Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 420 kvadratmetr, bir otağın yanar konstruksiyaları 65 kvadratmetr, digər otağın yanar konstruksiyaları 10 kvadratmetr, dəhliz isə 6 kvadratmetr sahədə yanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yataqxana binasının birinci mərtəbəsi, eləcə də ikinci mərtəbədə yerləşən digər otaqlar yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 18 Noyabr 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















