Aramsız yağışlar Türkiyə və Dağıstanda həyatı iflic etdi
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Aramsız və intensiv yağışlar Dağıstan və Türkiyədə genişmiqyaslı sel fəlakətlərinə səbəb olub. Təbii fəlakət nəticəsində bəzi yaşayış məntəqələri su altında qalıb, infrastruktur ciddi zərər görüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Dağıstanda çayların məcrasından çıxması nəticəsində onlarla kənd və rayon su basıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 2 mindən çox ev zərər görüb, 5 mindən artıq sakin təhlükəsiz ərazilərə təxliyə olunub. Sel fəlakəti nəticəsində azı 7 nəfər həyatını itirib. Bundan əlavə, 20-dən çox körpü və yol infrastrukturu dağılıb, bir sıra ərazilərdə elektrik və qaz təchizatında fasilələr yaranıb. Bölgədə xilasetmə əməliyyatları davam etdirilir.
Türkiyədə isə ən ağır vəziyyət Qara dəniz bölgəsində qeydə alınıb. 1000-dən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Sel suları avtomobilləri aparıb, torpaq sürüşmələri isə bir sıra yolları bağlayaraq bəzi yaşayış məntəqələri ilə əlaqəni müvəqqəti kəsib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 08 Aprel 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















