Yaponiyada aramsız yağışlar sürüşmə təhlükəsi yaradıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Pekin, 7 sentyabr, AZƏRTAC
Yaponiyanın şərq bölgələrində, o cümlədən paytaxt Tokioda yağan güclü yağışlar sürüşmə təhlükəsi yaradıb.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Meteorologiya Agentliyi sürüşmə təhlükəsi ilə əlaqədar Tokionun tabeliyində olan Niicima adasında və Oşima qəsəbəsində ən yüksək səviyyəli (5-ci) sürüşmə xəbərdarlığı elan edib. Qurum sutka ərzində adaya 380 millimetr yağış yağacağını proqnozlaşdırıb. Bundan başqa, Tokiodan keçən Zenpukuciqava çayı üçün 4-cü dərəcəli daşqın xəbərdarlığı, Çiba, Saytama və Fukuşima prefekturaları üçün 4-cü səviyyəli sürüşmə xəbərdarlığı elan edilib.
Tokio da daxil olmaqla, şərq və şimal-şərq bölgələrində bəzi istiqamətlərdə qatarların hərəkəti dayandırılıb.
Meteoroloqlar Yaponiya ərazisinin təxminən 60 faizini təşkil edən Honşu adasının cənub sahillərinə qarşıdakı 4 gün ərzində daha çox yağış yağacağı barədə xəbərdarlıq edərək, təsirlənmiş ərazilərdəki insanları sürüşmə, palçıq axını, daşqın və digər fəlakətlərə qarşı yüksək səviyyədə hazır olmağa çağırıb. Sakinlərə, həmçinin təhlükə xəritələrini yoxlamaq və fəlakət riski olan ərazilərdən təxliyə olunmaq tövsiyə olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 07 Sentyabr 2026 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















