Icma.az
close
up
RU
Araq içib dənizə girənlərin CƏRİMƏLƏNMƏSİ TƏKLİF OLUNUR

Araq içib dənizə girənlərin CƏRİMƏLƏNMƏSİ TƏKLİF OLUNUR

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bunu Ölkə.az-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.

Onun sözlərinə görə, dənizdə üzmək insanların ən çox üstünlük verdiyi istirahət növlərindən və məkanlarından biridir:

“Amma bu gözəllik çox tez və qəfil şəkildə insan həyatı üçün təhlükəyə çevrilə bilər. Bəzən insanlar dənizdə istirahət edərkən onun təhlükəli tərəflərinin olduğunu unudurlar.

Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək hələ də adi davranış kimi qəbul olunur”.

Ekspert vurğulayıb ki, insanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki bu məkanlarda Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici heyəti fəaliyyət göstərir: 

“Hər hansı fövqəladə hadisə baş verdikdə onların operativ müdaxilə imkanları mövcuddur”.

O.Musayev qeyd edib ki, nəzarətsiz çimərliklərdə isə xilasedici xidmət olmadığından hər hansı fövqəladə hadisə baş verərsə, insan həyatını xilas etmək çox çətin olur.

“Nəzarət olunan çimərliklərdə suyun dərinlik dərəcəsi müəyyən edilir, insanların xəsarət almasına səbəb ola biləcək daşlar, qaya parçaları və digər təhlükəli maneələr təmizlənir”.

O, vətəndaşlara çağırış edib: “Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü və dalğaların hündürlüyü mütləq nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroloji amillərin təsiri nəticəsində çətin vəziyyətə düşə bilirlər”.

Ekspert maarifləndirmə və təbliğat xarakterli tədbirlərin daha da genişləndirilməsini təklif edir. 
“İnsanlar təkcə “dalğa var, suya girmək olmaz” kimi xəbərdarlıqlarla kifayətlənməməli, dalğaların insan orqanizminə təsirini də bilməlidirlər. Axına düşdükdə nə baş verdiyini, boğulma zamanı insan orqanizmində hansı proseslərin getdiyini öyrənməlidirlər.

Çimərliklərdə qaydalar pozulduqda, məsələn, qadağan olunmuş ərazilərdə çimmək və ya spirtli içki qəbul etdikdən sonra suya girmək kimi hallara görə həm ictimai qınaq, həm də inzibati qaydada cərimə tədbirləri tətbiq olunmalıdır ki, insanlar bu davranışlardan çəkinsinlər.

Boğulma hadisələrinin əksəriyyəti saniyələr içində, səssiz və xəbərdarlıq etmədən baş verir. Yəni insanlar qışqırmır, sadəcə suyun altında gözdən itirlər. Hər il baş verən faciələrin təkrarlanmasının əsas səbəbi ehtiyatsızlıq və “mənə heç nə olmaz” düşüncəsidir. Məhz bu düşüncədən qurtulmağı bacarmalıyıq”, - deyə ekspert vurğulayıb.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 İyul 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri