Icma.az
close
up
RU
MTV nin cərimələnməsi üçün məhkəməyə müraciət edildi

MTV nin cərimələnməsi üçün məhkəməyə müraciət edildi

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Audiovizual Şura qohumlararası nikahla bağlı toy şənliyi yayımladığına görə MTV kanalı barəsində protokol tərtib edərək cərimə olunması üçün məhkəməyə müraciət edib.

Axşam.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Belə ki, sözügedən kanalın efirində oktyabrın 22-si saat 20:31-21:24 arası yayımlanan “Toya gəlmişik” proqramının yayımı zamanı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 9.3-cü maddəsinin tələbi pozulub.

Həmin proqramın yayımı zamanı bölgələrin birində keçirilən qohumların (xalaqızı və xalaoğlunun) toy məclisi nümayiş etdirilib.

Məlumatda həmçinin qeyd edilib ki, bir neçə gün əvvəl digər yayımçı tərəfindən bu qəbildən pozuntu halı törədilib və Audiovizual Şuranın iclasında həmin yayımçıya xəbərdarlıq olunub. Həmin yayımçıya xəbərdarlıq olunanda bütün yayımçılardan diqqətli olmaları və bu istiqamətdə monitorinqlərin davam edəcəyi bildirilib:

“Həmin haldan bir neçə gün sonra “MTV” kanalında yuxarıda qeyd olunan pozuntu halı baş verib. Məsələnin ciddiliyini nəzərə alaraq və yayımçıların bu məsələyə bir daha diqqətini cəlb etmək məqsədilə oktyabrın 24-də “MTV” kanalının aid olduğu “MUZ TV Azərbaycan” MMC-nin səlahiyyətli nümayəndəsi Audiovizual Şuraya dəvət edilib. Pozuntu faktına görə inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilib”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsinə əsasən qeyd olunan pozuntuya görə hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://axsam.az
archiveBu xəbər 27 Oktyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri