Icma.az
close
up
RU
Araqçı Bakıya deyilən məşhur ifadəni təkrarladı Yeni gərginlik gözlənilir?

Araqçı Bakıya deyilən məşhur ifadəni təkrarladı Yeni gərginlik gözlənilir?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

İranın xarici işlər naziri Abbas Araqçı ABŞ Prezidenti Donald Trampın hədələrinə cavab olaraq bildirib ki, iki ölkə arasındakı gərginliyin hərbi həlli yoxdur. O həmçinin İranın nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan edib.

Sitat: “İran bir daha bəyan edir ki, heç vaxt və heç bir halda nüvə silahı istehsal etməyəcək, əldə etməyə çalışmayacaq və ya bu istiqamətdə addım atmayacaq. Bununla yanaşı, hər kəs başa düşsün ki, bu məsələdə “hərbi həll” variantı yoxdur”.

Qeyd edək ki, “münaqişənin hərbi həlli yoxdur” ifadəsi Qarabağ işğalda qaldığı müddətə Minsk Qrupu və Ermənistan tərəfindən Azərbaycana da deyilirdi. Lakin rəsmi Bakı İkinci Qarabağ müharibəsində bu stereotipi qırdı və tarixi ərazilərini geri qaytararaq, münaqişənin hərbi həlli olduğunu sübuta yetirdi.

Kontekst fərqli olsa da, maraqlıdır: ABŞ-İran münaqişəsinin hərbi həlli varmı?

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, ABŞ Prezidenti Donald Tramp İranı açıq şəkildə hədəfə alıb:

“İrandan tələb edir ki, iki variantdan birini seçsin. Tramp İranın nüvə proqramından imtina etməsini tələb edir. Eyni zamanda, Ağ Ev sahibi həmin nüvə proqramından imtina ilə bağlı qərarın ABŞ-la danışıqlar fonunda ortaya çıxacaq hansısa hüquqi sənədlə təsdiqlənməsini də istəyir. Buna əlavə olaraq, bəzi məlumatlara görə, ABŞ İranda nüvə texnologiyası ilə bağlı obyektlərin ləğv olunmasında da israrlıdır. ABŞ-ın tələb etdiyi şərtlər yerinə yetirilməzsə, o zaman ikinci variant dövriyyəyə girəcək. Tramp administrasiyası İranı müharibə ilə hədələyir. Rəsmi Vaşinqton, Tehrana qarşı müharibəyə hazırlaşdığını gizlətmir”.

Elçin Xalidbəyli

Politoloqun sözlərinə görə, ABŞ-İran münaqişəsi tamamilə realdır:

“Hansısa mərhələdə tərəflər arasında ziddiyyətlər yüksək səviyyəyə çatarsa, ABŞ İrana qarşı hərbi müdaxilə edə bilər. Hətta Tramp administrasiyası rəsmi Tehranı ağır bombardıman edəcəyini də anons edib. Azərbaycanın yaxınlığında olan regionda qorxunc savaş təhlükəsi tamamilə realdır. Trampın Ukrayna böhranını daha tez həll etməkdə hədəflərindən biri də İrandır. Belə ki, Ukrayna məsələsində hərbi, siyasi və maliyyə yükündən xilas olaraq, İranla daha sərbəst məşğul olmaq istədiyini biruzə verir. Ukrayna müharibəsi dayandırılsa, atəşkəs elan edilərsə, ABŞ bütün diqqətini İrana yönəldəcək. Bu situasiya daha da gərginləşərək savaş həddinə qədər inkişaf edəcək”.

Politoloq qeyd edir ki, İran ABŞ-ın eskalasiya riskindən xəbərdardır və adekvat cavab verməyə cəhd göstərir:

“Rəsmi Tehran bir tərəfdən müdafiə olunmağa hazır olduğunu bəyan edir, digər tərəfdən isə savaşdan yayındırıcı açıqlamalar verməyi üstün tutur. Dünyada yeni dəhşətli savaş ehtimalı daha real məzmun daşıyır. Bütün ölkələr ehtimal olunan ABŞ-İran müharibəsindən yayınmağa cəhd göstərməlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Aprel 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri