Araqçi ilə Trampın xüsusi nümayəndəsi Oman görüşünə rəhbərlik edəcək
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Şənbə günü Omanda keçiriləcək görüşdə əsas müzakirəçilər İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff olacaq.
APA xəbər verir ki, bu barədə “Nour News” məlumat yayıb.
Məlumata əsasən, Araqçi və Uitkoff Tehran və Vaşinqton arasında baş müzakirəçilərdir. Danışıqlar dolayı yolla Omanın xarici işlər naziri Bədr Əl-Busaidi vasitəsilə başlayacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı İranla birbaşa danışıqlar apardığını, şənbə günü yüksək səviyyəli görüşün keçiriləcəyini açıqlayıb.
Daha sonra Abbas Araqçi isə İran və ABŞ-ın yüksək rəsmilər səviyyəsində dolayı danışıqlar üçün şənbə günü Omanda görüşəcəyini bildirib. “Bu həm bir fürsət, həm də sınaqdır. Top ABŞ-ın meydançasındadır”, - nazir “X” sosial şəbəkəsində yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 08 Aprel 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















