Ararat Mirzoyan Hindistana rəsmi səfər edəcək
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 10-da Hindistana rəsmi səfər edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan məlumat yayıb.
Ararat Mirzoyan və Hindistanın XİN başçısı Subrahmanyam Caiyşankar arasında görüş planlaşdırılır.
Həmçinin Beynəlxalq Münasibətlər üzrə Hindistan Şurasında (ICWA) digər görüşlər və müzakirələr də nəzərdə tutulub.
"Bu səfər çox rəmzi bir məqamda baş tutur, çünki bu il ölkələrimiz arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanmasının 30 ili tamam olur. Müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş gələcək müzakirələri səbirsizliklə gözləyirəm", - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 10 Mart 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















