Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Araşdırma: Böyüklər 10 dan çox dildə körpələrlə instinktiv “musiqili” dildə danışır

Araşdırma: Böyüklər 10 dan çox dildə körpələrlə instinktiv “musiqili” dildə danışır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 11 iyun, AZƏRTAC

Körpələrin dil inkişafında mühüm rol oynayan amillərdən biri olan körpəyə yönəldilmiş nitq (Infant-Directed Speech, IDS) yenidən elmi müzakirələrin mərkəzinə çevrilib.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, Beynəlxalq Neyrokəşfiyyat Araşdırma Mərkəzinin (WPI-IRCN) postdoktoral tədqiqatçısı İrena Lovçeviçin rəhbərliyi ilə Tokio Universiteti, Amsterdam Universiteti, PSL Universiteti və Orhus Universitetinin alimlərindən ibarət bir qrup IDS-də sait səslərinin hiperartikulyasiyası ilə bağlı əhatəli meta-analiz aparıb. Əvvəlki tədqiqatlar böyüklərin körpələrlə danışarkən saitləri – xüsusilə “a”, “i” və “u” səslərini şişirtdiyini və bunun körpələr üçün həmin səslərin daha aydın qavranmasına, dolayısı ilə isə söz öyrənilməsinə yardım etdiyini göstərmişdi. Bunun əksini iddia edən digər araşdırmalar isə bu fenomenin ardıcıl və məqsədli olmadığını, bəzən sadəcə sosial emosional kontekstin, məsələn, gülümsəmə və s. məhsulu ola biləcəyini irəli sürürdü. Lovçeviç və həmkarları bu ziddiyyətli nəticələri aydınlaşdırmaq məqsədilə həm oxşar metodologiyadan istifadə edən 20, həm də müxtəlif tədqiqat üsullarına əsaslanan 35 araşdırma üzərində iki ayrı meta-analiz həyata keçiriblər. Meta-analiz nəticələri göstərib ki, analar və digər böyüklər ən azı 10 fərqli dildə körpələrlə danışarkən saitləri ardıcıl şəkildə hiperartikulyasiya edirlər. Lakin tədqiqatın nəticələri metodoloji müxtəlifliyə də işarə edir. “Aparılmış meta-analiz bir tərəfdən IDS-də saitlərin hiperartikulyasiyasını təsdiqləsə də, digər tərəfdən mövcud tədqiqatların ölçmə metodlarında və nümunə ölçülərində ciddi fərqlərin olduğunu üzə çıxardı. Bu səbəbdən, xüsusilə dil öyrənilməsi ilə bağlı araşdırmalarda metodoloji qərarların sənədləşdirilməsi və tədqiqat nəticələrinin bir dildən digərinə ümumiləşdirilməsi məsələsinə ehtiyatla yanaşmaq vacibdir”, – deyə Lovçeviç qeyd edib.

Komanda, həmçinin IDS tədqiqatlarının əksəriyyətində nümunə ölçülərinin statistik güclülük baxımından kifayət qədər olmadığını və gələcək işlərdə daha geniş nümunə kütlələri ilə işlənilməsinin zəruriliyini vurğulayıb. Eyni zamanda, az təmsil olunan dillərdə aparılmış tədqiqatların azlığı bu dillər üzrə nəticələrin ümumiləşdirilməsini çətinləşdirir. Bu baxımdan, daha çox dillərarası və mədəniyyətlərarası tədqiqatın aparılması tövsiyə olunur. Bundan əlavə, sait hiperartikulyasiyasının dərəcəsi istifadə edilən ölçü vahidindən (məsələn, Hertz və ya Mel şkalası) də asılı ola bilər. Bu, tədqiqat metodologiyasının nəticələrə təsirini və bu nəticələrin bir-biri ilə müqayisə edilməsinin nə qədər çətin olduğunu göstərir.

Tədqiqatın növbəti mərhələsində isə komanda körpələrin dil inkişafına təsir edən digər amilləri, məsələn, nitqin həcmi, vokal qarşılıqlı əlaqə və ətraf mühitin stimullaşdırıcı təsirləri öyrənməyi planlaşdırır. “Körpələrin demək olar ki, səy göstərmədən danışmağı necə öyrəndiyini anlamaq elm üçün hələ də cavabsız qalan böyük bir sualdır. Mənim məqsədim bu tapmacanın bir hissəsini aydınlaşdırmaqdır”, – deyə Lovçeviç bildirib.

Bu tədqiqat dil öyrənmə mexanizmlərinin daha dərin başa düşülməsinə və erkən inkişaf mühitinin formalaşdırılmasına dair strateji tövsiyələrin hazırlanmasına töhfə verə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 06:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri