Icma.az
close
up
RU
Araşdırma: Diş əti xəstəlikləri süd vəzi xərçəngi riskini artıra bilər

Araşdırma: Diş əti xəstəlikləri süd vəzi xərçəngi riskini artıra bilər

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerikalı alimlər ağız boşluğunun sağlamlığı ilə süd vəzi xərçənginin inkişafı arasında gözlənilməz əlaqə aşkar ediblər. Diş əti xəstəliklərinə səbəb olan spesifik bakteriyanın qan dövranı vasitəsilə süd vəzi toxumalarına nüfuz edərək şişin böyüməsinə şərait yaratdığı məlum olub.
Demokrat.az-ın məlumatına görə "Cell Communication and Signaling" jurnalında dərc edilən araşdırma bu təhlükəli mexanizmi üzə çıxarıb.
Söhbət əvvəllər bağırsaq xərçəngi ilə əlaqələndirilən Fusobacterium nucleatum bakteriyasından gedir. Tədqiqatlar göstərir ki, bu mikroorqanizm iltihab prosesini başladaraq hüceyrələrdə erkən dəyişikliklərə yol açır. Heyvanlar üzərində aparılan sınaqlar zamanı həmin bakteriyanın iştirakı şişin böyüməsini sürətləndirib və xərçəng hüceyrələrinin ağciyərlərə yayılma ehtimalını artırıb.
Alimlər bu təsirin daxili mexanizmini də izah ediblər. Bakteriya hüceyrələrin DNT-sini zədələyir və orqanizmin "təcili təmir" sistemini aktivləşdirir. Lakin bu sistem tez-tez səhvlərlə işlədiyi üçün hüceyrələrdə mutasiyalar toplanmağa başlayır. Hətta qısamüddətli təsir belə xərçəng hüceyrələrini müalicəyə qarşı daha dözümlü və aqressiv edir.
Xüsusilə irsi xərçəng riski daşıyan (BRCA1 gen mutasiyası olan) şəxslərin bu bakteriyaya qarşı daha həssas olduğu müəyyən edilib. Belə hüceyrələr bakteriyanı daha asan qəbul edir və DNT zədələnməsi daha ağır formada baş verir.
Ekspertlər qeyd edirlər ki, bu bakteriya xərçəngin birbaşa səbəbi deyil, lakin mövcud riskləri gücləndirən əlavə bir "tətikləyici" rolunu oynayır. Bu kəşf gələcəkdə xərçəngin profilaktikasında diş əti xəstəliklərinin müalicəsinə daha ciddi yanaşmağı zəruri edir.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Mart 2026 06:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri