Icma.az
close
up
RU
Arayik xəbər göndərdi ki, Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək

Arayik xəbər göndərdi ki, Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın eks-prezidenti Robert Köçəryan İkinci Qarabağ müharibəsindən danışıb.
Modern.az xəbər verir ki, Köçəryan İrəvandakı Ermənistan Universitetinin müəllim və tələbə heyətilə görüşündə müharibənin uduzulmasına görə bütün məsuliyyətin Paşinyan iqtidarının üzərində olduğunu vurğulayıb.
O bildirib ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra Ermənistanda cəmiyyətin qütbləşməsi artıq fantastik həddə çatıb:
“Cəmiyyət qaralara, ağlara, köhnələrə, yenilərə, soyğunçulara və soyğunçu olmayanlara bölünüb və bütün bunlar təkcə siyasi müstəvidə deyil, həm də orduya baş verib”.
Köçəryan Paşinyan iqtidarını ordunu nüfuzdan salmaqda, Silahlı Qüvvələrdə vacib islahatlar aparmamaq ittiham edib.
“2018-ci ildə hakimiyyətə gələndən sonra generalları qorxutmağa başladılar. İctimai şüurda generallar ordunu qarət edən, ordu ilə heç bir əlaqəsi olmayan təbəqə kimi qəbul olundu. İndi hərbi keçmişi olan generallar ictimai yerlərdə daha çox mülki geyimdə görünməyə üstünlük verirlər. Əvvəllər hərbi forma qürur mənbəyi idisə, indi generallar bu geyimdə gizlənməyə çalışırlar”, - eks-prezident qeyd edib.
"Müharibə başlayandan üç gün sonra Qarabağda idim. İki həftə Qarabağda qaldım. Qarabağda olduğum üçüncü gündə həm Bako Saakyandan, həm də Arkadi Qukasyandan Arayik Arutyunyanla görüş təşkil etməyi xahiş etdim. Mənim əsas mesajım müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etmək idi, çünki müharibənin hər günü bizə daha çox problem gətirirdi. Lakin Arayik Arutyunyan mənə belə bir xəbər göndərdi: “Əgər Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək”. Bako Saakyan bunu mənə sözbəsöz çatdırdı: “Nəticədə biz Qarabağda əldə etdiklərimizi aldıq”, - deyə Köçəryan vurğulayıb.
Robert Köçəryan Serj Sarkisyan iqtidarını da suçlamağı unutmayıb. Deyib ki, 2016-cı ildə baş verən 4 günlük Aprel müharibəsindən çox ciddi nəticələr çıxarmaq lazım idi:
“Biz Su-30-ları selfi üçün almamışdıq, zenit sistemlərinə ehtiyacımız var idi, hava hücumundan müdafiəyə çox ciddi sərmayələr lazım idi, amma bunlar, edilmədi. 2016-cı ildəki müharibə maraqlı idi, çünki bu, çox qısa olsa da, tendensiyanı əvvəlcədən müəyyənləşdirdi və biz ondan mahiyyətcə heç bir nəticə çıxarmadıq: bu müddət ərzində biz Azərbaycana nəinki demək olar ki, bütün kəmiyyət göstəricilərində güzəştə getməyə başladıq, həm də təhlükəsizliklə bağlı məsələlərdə kəskin şəkildə uduzduq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Aprel 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri