Icma.az
close
up
RU
“Araz Naxçıvan” ÇL nin B yolunda

“Araz Naxçıvan” ÇL nin B yolunda

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyulun 8-də, saat 14:00-da futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılacaq.

Futbolpress.az xəbər verir ki, ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” bu dəfə mübarizəyə əsas mərhələdən başlayacaq.

Ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 klub qalib adı uğrunda yarışacaq. Onlardan ən aşağı reytinqə sahib olan 32 komanda oyunlara ilkin mərhələdən start verəcək. Onlar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. Mini-turnir şəklində keçiriləcək mərhələ matçlarının yekununda ancaq qrup qalibləri əsas mərhələyə yüksələcək və B yolunda mübarizəni davam etdirəcək. İlkin mərhələnin oyunları avqustun 25-dən 30-dək keçiriləcək.

Son qalib “Sportinq” (Portuqaliya) daxil olmaqla 24 iştirakçı əsas mərhələdən Çempionlar Liqasına start verəcək. Reytinq cədvəlinin 21-ci pilləsində yer alan “Araz-Naxçıvan” B yolunda yarışacaq. Reqlamentə görə reytin cədvəlinin 12-15 və 20-23-cü pillələrində 8 komandaya ilkin mərhələdə qrup qalibi olacaq 8 klub da qoşulacaq. Buradan yalnız bir komanda – qrup qalibi 1/8 finala vəsiqə qazanacaq.

B yolunda qrup oyunlarına ev sahibliyi edəcək klublar məlumdur. Polşanın “Piast Qlivice”, Serbiyanın “Lozniça-Qrad 2018”, İtaliyanın “L84 Torino” və Lüksemburqun “Differdange 03” klubları bu istəklə UEFA-ya müraciət edib və müsbət cavab alıblar.

“Araz-Naxçıvan” 2-ci səbətdə yer alıb. Bu isə o deməkdir ki, təmsilçimiz “L84 Torino”, “Differdanje 03” və “Atletik Futsal” (Ukrayna) ilə rəqib ola bilməyəcək. Belədə komandamızın yer aldığı qrupun oyunları Polşa və ya Serbiyada təşkil olunacaq. Əsas mərhələnin oyunları oktyabrın 27-də noyabrın 1-dək keçiriləcək.

B yolu

6-cı səbət, Ev sahibi komandalar

“Piast Qlivice” (qrupunun 1-cisi)

“Lozniça-Qrad 2018” (qrupunun 1-cisi)

“L84 Torino” (qrupunun 2-cisi)

“Differdange 03” (qrupunun 2-cisi)

7-ci səbət, qrupunun 1-si

“Kaunas Jalgiris” (Litva)

“Luxol St. Andreus Futsal” (Malta)

8-ci səbət, qrupunun 2-si

“ARAZ-NAXÇIVAN” (AZƏRBAYCAN)

“Atletik Futsal” (Ukrayna)

9-cü səbət (qrupunun 3-cüsü və 4-cüsü)

İlkin mərhələ, A qrupunun qalibi

İlkin mərhələ, B qrupunun qalibi

İlkin mərhələ, C qrupunun qalibi

İlkin mərhələ, D qrupunun qalibi

İlkin mərhələ, E qrupunun qalibi

İlkin mərhələ, F qrupunun qalibi

İlkin mərhələ, G qrupunun qalibi

İlkin mərhələ, H qrupunun qalibi

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Ermənistan – Azərbaycan, Kosovo – Bosniya və Herseqovina, Kosovo – Serbiya, Ukrayna – Belarus təmsilçiləri bir-biri ilə qarşılaşa bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 02 İyul 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see270

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see188

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see188

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see187

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see179

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see178

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see176

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see176

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see176

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see175

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see172

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see172

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see171

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see170

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see167

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see167

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri