Araz Naxçıvan ın digər oyunçuları anlayırdılar ki, Ribeyrosuz çətin olacaq Araz Bağırov
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünən UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Omoniya"nı qəbul edən "Araz-Naxçıvan" 0:4 hesablı məğlubiyyətlə üzləşdi. Naxçıvan təmsilçisində bir mövsüm köməkçi-məşqçi qismində işləmiş, hazırda 1-ci Liqada mübarizə aparan "Difai"ni çalışdıran Araz Bağırovla əlaqə saxlayıb "Dalğa Arena"da baş tutan görüş barədə fikirlərini bölüşməsini xahiş etdik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Orada işləmişəm və bilirəm ki, müdafiəçi İqor Ribeyro "Araz-Naxçıvan" üçün çox şey deməkdir. Bu futbolçunun olmaması çox ciddi itki idi. Onun yoxluğu digərlərinə də təsir etmişdi. "Araz-Naxçıvan"ın digər oyunçuları anlayırdılar ki, Ribeyrosuz çətin olacaq və bu məqam komandaya psixoloji planda təsirsiz ötüşməmişdi. O, Azərbaycana gəlmiş-getmiş ən yaxşı əcnəbi mərkəz müdafiəçilərindən biri, bəlkə də birincisidir. Kənardan belə göründü ki, komanda ilk iki qoldan sonra aqibəti ilə qismən barışıb. Digər tərəfdən, "Araz-Naxçıvan"ın oyunçuları "Omoniya"nın güclü kollektiv olduğunun fərqində idilər. Bu qarşılaşmada psixoloji məqamlar "Araz-Naxçıvan"ın oyundan "qopmasına" yol açdı və yekun nəticəni müəyyənləşdirdi".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 08 Avqust 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















