Icma.az
close
up
RU
Felipe Santos: Çətin ki, Araz Naxçıvan da qalım

Felipe Santos: Çətin ki, Araz Naxçıvan da qalım

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən mövsüm “Araz-Naxçıvan”ın aparıcı futbolçusu olan Felipe Santosun yeni mövsüm bu komandada qalıb-qalmayacağı hələ ki dəqiq deyil. Apasport.az saytına müsahibə verən braziliyalı yeni mövsümə fərqli komandada başlaya biləcəyini də istisna etməyib.

- Yeni mövsüm üçün "Araz-Naxçıvan"da qalacaqsan? Artıq dəqiqləşib?
- Hələ ki, aydın deyil. Gələcəyimin necə olacağını yaxın günlərdə görəcəyik. 

- Klub sənə yeni müqavilə təklif edib? Özün necə, "Araz-Naxçıvan"da qalmaq istəyirsən?
- Bəli, kub mənə yeni müqavilə təklif edib. Amma sadəcə həmin təklifi hələ ki müzakirə edirik. Gözlədiyim təklif deyildi. Ona görə də çətin ki, bu komandada qalam. Sadəcə konkret nəsə deyə bilmirəm. Baxarıq. 

- Maraqlıdır, başqa komandalardan təklif almısan? Azərbaycan klublarından və ya digər ölkələrdən?
- Bəli, mənim bəzi təkliflərim var. Klubların razılığa gəlməsini gözləyirəm. Elə zamandır ki, nəsə deyə bilmirəm. Çünki məsələlər konkretləşməyib. Yaxın vaxtlarda hər şey dəqiqləşəcək.

- “Araz-Naxçıvan" artıq 3 futbolçunu transfer edib. Demək olar ki, yeni mövsüm daha güclü komanda görəcəyik?
- Düzünü desəm, həmin futbolçuları tanımıram. Ümid edirəm ki, onlar “Araz-Naxçıvan”a kömək edə biləcəklər. Ötən mövsüm komanda yaxşı iş gördü, avrokuboklara vəsiqə qazandı.

- “Araz-Naxçıvan” Konfrans Liqasında "Aris"lə qarşılaşacaq. Səncə, püşkatma "Araz-Naxçıvan" üçün uğurlu oldu, yoxsa bəxtiniz gətirmədi?
- Rəqibin “Aris” olduğunu bilirəm. Amma düzü, onlar haqda məlumatlı deyiləm, rəqibi tanımıram. Sadəcə dəqiq bilirəm ki, avrokuboklarda zəif komandalar yoxdur. Hər biri yaxşı komandadır.  Çox çətin oyunlar olacaq. Ümidvaram ki, hər şey uğurlu alınacaq.

- Böyük ehtimalla favorit “Aris”dir. Onları keçməyiniz mümkündür? 
- Futbolda hər şey olur, hər şey də mümkündür. Ötən mövsümdə “Araz-Naxçıvan”ın uğurlu olacağına bəlkə də heç kim inanmırdı. Ancaq komanda mövsümün sonunda 3-cü pilləni tutdu, avrokuboklara vəsiqə qazandı. Bu mövsüm komanda daha da güclənir. Bu mənada, “Araz-Naxçıvan”ı yeni mərhələ və yeni çağırışlar gözləyir.

"Sabah" hazırlıqlara başladı - FOTO Ronaldo qərarını verib Elmar Baxşıyev: “Bir müdafiəçi transfer etməliyik” Adil Şükürov: “Heyətə cəlb etmək istədiyimiz oyunçular var” Karlos Jatoba Cənubi Koreya klubunda
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://apasport.az
archiveBu xəbər 23 İyun 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri