Icma.az
close
up
RU
Araz Naxçıvan ın hücumçusu: Aris səddini keçmək istəyirik MÜSAHİBƏ

Araz Naxçıvan ın hücumçusu: Aris səddini keçmək istəyirik MÜSAHİBƏ

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın hücumçusu Ülvi İsgəndərov Sportal.az saytına müsahibə verib.

- “Araz-Naxçıvan”ın toplanışı davam edir. Hazırda məşqlər necə gedir, sizi narahat edən nəsə var?

- Bəli, toplanışımız yaxşı gedir. Gündə 2 dəfə məşq edirik. Hər şey qaydasındadır, bizi narahat edən nəsə yoxdur. Yeni mövsümün hazırlıqlarına davam edir.

- Komanda ilk yoxlama görüşündə “Bayburtspor”a 14:0 qalib gəldi. “Alanyaspor”la ilə isə 0:0 oynadınız. Superliqa klubuna qarşı görüş daha həyəcanlı idi?

- Əlbəttə ki, Superliqa komandasına qarşı oynamaq daha yaxşıdır. Belə matçlarda gücümüzü sınamaq bizim üçün yaxşıdır. Hər iki görüşdə də əlimizdən gələni etdik.

- “Araz-Naxçıvan” bu yay transfer bazarında ən aktiv klub idi, heyət də gücləndi. İndiki “Araz-Naxçıvan” ötən mövsümkü komandadan daha güclüdür?

- Təbii ki, yaxşı transferlər etmişik. Yeni gələn futbolçular da artıq komandaya adaptasiya olur. Düzdür, ötən mövsüm komanda olaraq yaxşı iş ortaya qoymuşduq. Amma bunu unutmaq lazımdır. Yeni mövsümə köklənmək gərəkdir. Düşünürəm ki, 2025/2026 mövsümündə “Araz-Naxçıvan” daha yaxşı olacaq.

- Yeni mövsüm Premyer Liqada legioner limiti tətbiq olunmayacaq, sizin komandada isə rəqabət yüksəkdir. Şəxsən özünün oynamaq şanslarını necə dəyərləndirirsən?

- Limitlə bağlı nəsə deməyim düzgün çıxmaz. Çünki artıq qərar verilib. Artıq rəqabətin olması çox yaxşıdır. Kim yaxşıdır, kim formada olacaq, o da oynayacaq.

- Toplanışda son rəqibiniz “Trabzonspor” olacaq. Yoxlama görüşü olsa belə, bu matç haqda fikrin necədir? “Aris” oyunuöncəsi son matçınız olacaq. “Trabzonspor”la görüş “Aris”lə oyuna nə qədər hazır olduğunuzu göstərəcək...

- “Aris” oyunu öncəsi “Trabzonspor” kimi komanda ilə yoldaşlıq oyunu oynamaq əlbəttə ki, çox yaxşıdır. Düşünürəm ki, “Aris”lə matça qədər tam hazır olacağıq. İndi bütün fikrimiz məşqlərdə və növbəti görüşlərdədir.

- Futbol ictimaiyyətində avrokuboklardakı təmsilçilərimizdən mərhələ adlamaq şansı ən az görülən “Araz-Naxçıvan"dır. Səncə, “Aris" səddini keçə biləcəksiz?

- Komanda olaraq “Aris”lə matça köklənmişik. Mərhələ adlamaq istəyirik. Şansları necə dəyərləndirməyimə gəldikdə, futboldur da, hər şey ola bilər. “Aris”lə matçlarda şanslarımızı 50/50 kimi dəyərləndirirəm. Oyuna qədər tam hazır olub “Aris” səddini keçmək istəyirik. Ümidvaram ki, hər şey yaxşı olacaq.

- “Aris" haqda heç özün maraqlanmısan? 

- Məşqçilər korpusumuz “Aris” haqda bizə məlumatlar verir. Biz özümüz də onların oyunlarını izləyib, analiz edirik.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://sportal.az
archiveBu xəbər 14 İyul 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri