Icma.az
close
up
RU
“Araz Naxçıvan”ın legioneri: “Burada özümü azərbaycanlı kimi hiss edirəm” MÜSAHİBƏ

“Araz Naxçıvan”ın legioneri: “Burada özümü azərbaycanlı kimi hiss edirəm” MÜSAHİBƏ

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ”da mənə daha çox şans versəydilər, özümü daha yaxşı göstərə bilərdim”.

Bunu “Araz-Naxçıvan”ın fransalı futbolçusu Hamidu Keyta teleqraf.az-a müsahibəsində bildirib.

Həmin müsahibəni təqdim edirik:

– Hazırda karyeranız necə davam edir?

– Özümü burada çox yaxşı hiss edirəm. Buradakı insanları, xalqı çox sevirəm. Azərbaycan mənim üçün yad ölkə deyil.

– Bakıda yaşam tərziniz necədir?

– Burada özümü azərbaycanlı kimi hiss edirəm. Sadəcə, azərbaycanca bilməməyim bir az çətinlik yaradır. Hamı deyir, öyrən, mən də gələcəkdə buna çalışacağam. Küçələrdə təhlükəsizlik xoşuma gəlir, insanlar yaxşıdır, ölkə təhlükəsizdir. Burada bir neçə dostum var və onlara deyirəm ki, Azərbaycana gəlsələr, xoşbəxt ola bilərlər.

– Azərbaycanda əvvəl “Zirə”də, daha sonra “Qarabağ”da çıxış etmisiniz.Türkiyənin “Konyaspor” klubuna yollansanız da, yenidən yay fasiləsində geri qayıtdınız. Bəs, necə oldu ki, “Araz-Naxçıvan”ın təklifiniz qəbul etdiniz?

– Ötən mövsüm “Araz-Naxçıvan”ın çıxışını izləmişdim. Komanda Konfrans Liqasına vəsiqə qazanmışdı. Baş məşqçi ilə də danışdım və düşündüm ki, bu il daha çox imkanlar olacaq. Beləliklə, təklifi qəbul edib gəldim.

– Bəs meydanda az görünməyinizin səbəbi nədir?

– Bizim komandada çox futbolçu var. Düşünürəm ki, mənim də vaxtım gələcək. Hazırda fiziki baxımdan yaxşı vəziyyətdəyəm. İnanıram ki, özümü daha yaxşı tərəfdən göstərib oyun şansı qazanacağam.

– “Qarabağ”da olarkən daha çox şans qazansaydınız, komandaya kömək edə bilərdiniz?

– Təbii ki, “Qarabağ”da mənə daha çox şans versəydilər, özümü daha yaxşı göstərə bilərdim. Amma orada keyfiyyətli futbolçular çox idi. O dönəm artıq keçmişdə qaldı. İndi “Araz-Naxçıvan”dayam.

– Qurban Qurbanovdan və “Qarabağ”da qazandığınız təcrübə sizə nə dərəcədə kömək edir?

– Həyatım boyu bir çox komandada oynamışam, təcrübəm kifayət qədər zəngindir. İndi isə daha çox kollektiv uğuru önə çəkməliyəm. Məsələn, mən xoşbəxt olmasam belə, əsas olan komandanın uğur qazanmasıdır.

– Bəs Qurban Qurbanovu necə xatırlayırsınız?

– O, böyük məşqçidir. Hər bir futbolçu üçün onun kimi baş məşqçinin rəhbərliyi altında oynamaq böyük təcrübədir. Fərqli oyun baxışı var. Məsələn, Qurban müəllimdə bir cür, Elmar Baxşıyevdə isə başqa cür yanaşma var.

– Sabiq klubunuz “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edir. Bu barədə fikirləriniz necədir?

– Onlara görə sevinirəm. Bu komanda Çempionlar Liqasında oynamağa tam layiqdir. Ümid edirəm ki, növbəti oyunlarda qələbə qazanacaqlar. “Qarabağ” Avropaya göstərir ki, Azərbaycan klubu ölkə xaricində nələrə qadirdir.

– Rəqiblərdən hansını tanıyırsınız?

– Onlar bu mərhələyə gəliblərsə, deməli, daha artığını da edə bilərlər. Heç kim, o cümlədən mən də “Benfika”nı məğlub edəcəklərini gözləmirdim. Bu yerə gəlib çatmaqla göstərirlər ki, bacarıqları var.

– “Atletik” Bilbaoya 1:3 hesablı məğlubiyyət barədə nə deyərdiniz?

– Bu, böyük turnirdir və rəqiblər təsadüfi komandalar deyil. “Atletik” İspaniyanın adlı-sanlı klubudur. Belə turnirlərdə bir oyunu uda, digərində uduza bilərsən.

– Bu yaxınlarda Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə qarşılaşaraq 0:3 hesabı ilə məğlub oldu. Həmin görüş barədə fikirləriniz də maraqlıdır...

– Azərbaycan müdafiə olunmağı yaxşı bacardı. Amma Fransanın hücumçuları sanki sənət əsəridir. Azərbaycan yığması isə hər şeyini meydanda qoydu və yaxşı mübarizə apardı.

– Bakıdakı cavab oyununu canlı izləyəcəksinizmi?

– Təbii ki, düşünürəm. Çalışacağam oyunu stadiondan canlı izləyim.

– Şansları necə dəyərləndirirsiniz?

– Fransa çox güclü komandadır, onları udmaq çətindir. Yenə də bu, futboldur. Əvvəldən praqnoz vermək doğru çıxmaz.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Oktyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri