Icma.az
close
up
RU
“Araz Naxçıvan”ın baş məşqçisi: Komandada razı qalmadığım məqamlar var, bunu ictimai müzakirəyə çıxarmaq olmaz AZƏRTAC

“Araz Naxçıvan”ın baş məşqçisi: Komandada razı qalmadığım məqamlar var, bunu ictimai müzakirəyə çıxarmaq olmaz AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 yanvar, AZƏRTAC

“Qış fasiləsi az olduğuna görə, komanda hazırlığı Bakıda keçdi. Toplanış müddətində iki yoxlama matçında gücümüzü sınadıq və heyətin bütün üzvlərinə oynamaq imkanı yaratdıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyev komandasının qış toplanışını dəyərləndirərkən deyib.

Mütəxəssis bildirib ki, futbolçulardan istədiyini tam olaraq ala bilməyib.

“Fasilə zamanı komanda hazırlığını heç vaxt 100 faizə çatdıra bilməz. Amma tədricən optimal formamıza çatacağıq. Ümumi götürsək, futbolçuların işə yanaşmasından, istirahətdən sonra düşərgəyə normal çəkidə dönmələrindən razıyam. Qış fasiləsindən sonrakı dövr daha çətin keçəcək. Çünki komandalar heyətlərinə əl gəzdirməklə zəif mövqelərini gücləndirməyə çalışıblar. Məqsəd mümkün qədər yuxarı pillələrdə qərarlaşmaqdır. Bunun üçün də hər həftə keçirəcəyimiz oyunlara köklənməli, addım-addım buna nail olmalıyıq”, - deyə baş məşqçi vurğulayıb.

Təcrübəli çalışdırıcı bəzi futbolçuları nəzərdən keçirdiklərini söyləyib: “Hələlik ortaq məxrəcə gəldiyimiz oyunçu yoxdur. Transfer xatirinə də addım atmaq istəmirik. Elə futbolçu gətirməliyik ki, bizə kömək edə bilsin, atmosferi pozmasın. Gücləndirmək istədiyimiz mövqe hücum xəttidir”.

E. Baxşıyevin sözlərinə görə, komandada razı qalmadığı məqamlar var: “Ancaq bunu ictimai müzakirəyə çıxarmaq olmaz. Biz də ona görə burdayıq ki, çatışmazlıqları aradan qaldıraq. Kollektiv işində nöqsan hər zaman olur, olacaq da. Heç kim səhv etməkdən sığortalanmayıb. Çalışacağıq ki, səhvlərimizi minumuma endirək”.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda turnir cədvəlində 39 xalla 2-ci yerdə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see289

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see238

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see235

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see140

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see138

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see130

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see124

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see122

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see122

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see119

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see118

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see118

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see118

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see117

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see117

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see114

İrandan “Hizbullah”a dəstək

07 Avqust 2025 04:49see113

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see113

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see110

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri