“Araz Naxçıvan”ın moldovalı qapıçısı: Hələ heç nə bitməyib
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
"Matça ciddi hazırlaşmışdıq. Bilirdik ki, rəqib güclü və təhlükəli komandadır".
İdman.biz xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan” klubunun qapıçısı Kristian Avram UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanın “Aris” kollektivinə 2:1 hesabı ilə qalib gəldikləri ilk oyun barədə danışarkən deyib.
Moldovalı qapıçı ikinci oyunun daha çətin keçəcəyini bildirib: “Hələ heç nə bitməyib. Bizi Yunanıstanda daha ağır oyun gözləyir. Klubun Avropadakı debüt oyununda qələbə qazanması gözəl hissdir. Bunu səfərdə də davam etdirmək istəyirik. İlk qolu biz buraxsaq da, azarkeşlər həvəsdən düşmədilər və sonadək bizi dəstəklədilər. Komandamla qürur duyuram. Əzmkarlıq əla idi”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Yunanıstanda keçiriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 25 İyul 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















