Fidanla görüşdüm, əsas vasitəçi Türkiyədir Sibiqa
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna və Türkiyənin xarici işlər nazirləri - Andrey Sibiqa və Hakan Fidan Brüsseldə regionlararası təhlükəsizlik və qarşılıqlı əlaqə məsələləri üzrə XİN başçılarının ikinci görüşü çərçivəsində görüş keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə A.Sibiqa Teleqram kanalında yazıb.
Qeyd edilib ki, tərəflər Qara dəniz regionunda təhlükəsizlik məsələlərini, eləcə də ikitərəfli razılaşmaları müzakirə ediblər.
"Mən Türkiyənin böyük Qara dəniz dövləti və sülh prosesində əsas vasitəçi kimi mühüm rolunu vurğuladım. Biz həmçinin dövlət başçılarımız Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğanın əldə etdiyi razılaşmaların icrasını, Qara dənizdə vəziyyətin deeskalasiyası istiqamətində səyləri, eləcə də Azad Ticarət Sazişi qüvvəyə mindikdən sonra ikitərəfli əməkdaşlığı və ticarətin inkişafını müzakirə etdik", - Sibiqa qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 17 Noyabr 2026 01:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















