ABŞ ın üçüncü aviadaşıyıcısı Yaxın Şərqə gəlib
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın üçüncü aviadaşıyıcısı Yaxın Şərq regionuna gəlib. Bu, Vaşinqtonun İranla gərginlik fonunda bölgədəki hərbi mövcudluğunu gücləndirdiyi bir vaxta təsadüf edir.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" hesabında paylaşım edib.
Məlumataa görə, "USS Theodore Roosevelt” (CVN-71) aviadaşıyıcısı noyabrın 15-də Hind okeanından keçərək komandanlığın məsuliyyət zonasında fəaliyyətini davam etdirib.
Bildirilib ki, aviadaşıyıcı əvvəlcədən planlaşdırılmış hərbi yerləşdirmə çərçivəsində bölgədədir.
Bu arada "Associated Press" agentliyi ABŞ Prezidenti Donald Trampın İrana qarşı atıla biləcək növbəti addımları nəzərdən keçirdiyini bildirib.
Agentliyin məlumatına görə, Vaşinqton Tehranla bağlı mümkün fəaliyyət variantlarını qiymətləndirir.
///apa.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 17 Noyabr 2026 02:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















