Icma.az
close
up
RU
“Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb

“Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb

Icma.az, Apa.az saytına istinadən bildirir.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” nominasiyasında mükafata layiq görülüb. Şirkət 2024-cü ildə ekologiya və təbiətin mühafizəsi sahəsində həyata keçirdiyi layihələrə görə seçilənlərdən olub. Mükafat ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimova təqdim olunub. Mükafatlandırılma mərasimində çıxış edən M.Babayev bildirib ki, “Araz” supermarketlər şəbəkəsi nazirliklə sıx əməkdaşlıq edən, həyata keçirilən layihələrdə fəal iştirak edən ən yaxşı tərəfdaşlardan biridir. O, şirkətin təbiətin qorunması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

“Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri R. İbrahimov 2024-cü ilin ən yaxşı tərəfdaşlarının mükafatlandırılma mərasimində iştirak etməkdən, həmçinin bu mükafata layiq görülməkdən məmnun olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması istiqamətində mütəmadi layihələr həyata keçirir. Xüsusilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - “COP29”un ölkəmizdə keçirilməsini nəzərə alaraq bu sahədə həyata keçirilən tədbirləri daha da genişləndirib. “Araz” “Təbiəti qorumaq mənim əlimdədir” şüarı altında ağacəkmə və təmizlik aksiyaları, ekoçantalardan istifadənin təşviqi layihələri, batareyaların, plastik və şüşə butulkaların toplanılıb təhvil verilməsi, uşaqlar arasında maarifləndirmə layihələri, müsabiqələr, eləcə də digər tədbirlərlə bu sahəyə töhfə verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Yanvar 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see227

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see214

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see197

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see195

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see187

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see183

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see177

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see167

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see167

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see148

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see147

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see145

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see144

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see140

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri