“Araz” supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət edib FOTO
Icma.az bildirir, Apa.az portalına istinadən.
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi Zəfər Günü və Vətən Müharibəsinin 5 illiyi münasibətilə şirkətin şəhid olan əməkdaşlarının ailələrini ziyarət edib.
Ziyarətlərdə “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, İdarə Heyətinin üzvləri və digər rəhbər şəxslər iştirak ediblər. Onlar şəhid əməkdaşların Bakıda və müxtəlif rayonlarda yaşayan ailələrinə baş çəkib, valideynləri və yaxınları ilə görüşərək onların rifahı ilə maraqlanıblar.
Valideynlər və ailə üzvləri “Araz” supermarketlər şəbəkəsinin bu diqqət və qayğısını yüksək qiymətləndiriblər. Onlar bildiriblər ki, şirkət daim şəhid ailələrinə hörmət və mənəvi dəstək göstərir.
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsinin 9 əməkdaşı Şuşa, Xocavənd, Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək şəhid olub. Onların arasında Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev də var. Şəhid əməkdaşların hər biri göstərdikləri igidliyə görə müxtəlif orden və medallarla təltif ediliblər.
Hazırda şirkətdə 300-ə yaxın Vətən Müharibəsi iştirakçısı fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 07 Noyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















