Icma.az
close
up
RU
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatına dəstək Asiya İnkişaf Bankı ilə 10,5 milyonluq saziş imzalandı VİDEO

“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatına dəstək Asiya İnkişaf Bankı ilə 10,5 milyonluq saziş imzalandı VİDEO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Asiya İnkişaf Bankı (AİB) və Veysəloğlu Şirkətlər Qrupunun “Araz” Supermarketlər Şəbəkəsi arasında Azərbaycanda kənd təsərrüfatının inkişafını və ərzaq təhlükəsizliyini dəstəkləmək məqsədi ilə 10,5 milyon dollarlıq saziş imzalanma mərasimi keçirilib. Tədbirdə AİB-in Özəl Sektor Əməliyyatları üzrə Baş Direktoru Suzanne Gaboury, Veysəloğlu Şirkətlər Qrupunun “Araz” Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, “Veysəloğlu Distribusiya”nın İdarə Heyətinin sədri Bəxtiyar Allahverdi, “Oba” Marketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova  və digər nümayəndələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rəşad İbrahimov bildirib ki, AİB ilə imzalanan saziş sahibkarlığın və yerli istehsalın inkişafında mühüm rol oynayacaq və yeni iş yerlərinin yaradılmasına imkan verəcək:

“Saziş ailələrin qida təminatının daha da yaxşılaşdırılmasına şərait yaradacaq. Eyni zamanda yerli fermerlərin inkişafına təkan olacaq. Saziş çərçivəsində qadınların işə cəlb olunması istiqamətində mühüm addımlar atılacaq”.
Suzanne Gaboury isə qeyd edib ki, “Araz” Supermarketlər  Şəbəkəsi ilə imzalanan saziş müasir pərakəndə satış sektorunda ərzaq keyfiyyətini və təhlükəsizliyini artıracaq:
“Müqavilə çərçivəsində ərzaq təhlükəsizliyinə və iqlim fəaliyyətinə dəstək veriləcək. Eyni zamanda, saziş kiçik fermerlərin daha etibarlı gəlirlər əldə etməsinə imkan yaratmaqla inklüziv inkişafa töhfə verəcək. AİB-in dəstəyi Azərbaycanın müasir pərakəndə təchizat zəncirinin genişlənməsini sürətləndirməyə və tədarük, nəqliyyat, saxlama və paylama sahələrində səmərəliliyi artırmağa kömək edəcək.”

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycandakı əksər fermerlər kiçik təsərrüfat sahibləri kimi, etibarlı alıcılar və sabit gəlirlərlərlə bağlı əziyyət çəkirlər. Bu faktorlar fermerlərin təsərrüfatlarını iqlim dəyişikliyinə uyğunlaşdırmaq üçün investisiya ayırmasını çətinləşdirir. İqlim dəyişikliyi ilə əlaqəli yüksək temperatur, su qıtlığı, torpağın şoranlaşması, yeni zərərvericilərin və xəstəliklərin yaranması da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Rəşad İbrahimov daha sonra əlavə edib ki, yerli fermerləri dəstəkləmək biznesin və xidmət göstərdiyimiz insanların mənafeyi üçün olduqca vacibdir:
“AİB ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda keyfiyyətli qidaya çıxış imkanlarını genişləndirə və iqlimə davamlı əkinçilik təcrübələrini təşviq edə bilərik”.

Tədbirin sonunda “Araz” Supermarketlər  Şəbəkəsi Asiya İnkişaf Bankına Qarabağ xalçasının ornamentlərini özündə əks etdirən və əməkdaşlığın uzunmüddətli olmasını simvolizə edən saat hədiyyə edib.
Asiya İnkişaf Bankı
1966-cı ildə təsis edilmiş Asiya İnkişaf Bankı, ifrat yoxsulluğun aradan qaldırılması istiqamətindəki səylərini mütəmadi olaraq davam etdirir və regionda firavan, inklüziv, dayanıqlı və davamlı inkişafa nail olmağa çalışır. Hal-hazırda AİB-ə 69 ölkə üzvdür və onlardan 49-u Asiya və Sakit Okean regionunda yerləşir.
“Veysəloğlu” Şirkətlər Qrupu
1994-cü ildən fəaliyyətə başlayan “Veysəloğlu” Şirkətlər Qrupu, pərakəndə, topdansatış, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən, qeyri-neft sektoru üzrə ixtisaslaşmış Azərbaycan şirkətidir. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət, hazırda dünyanın bir çox tanınmış markalarının 4 mindən artıq çeşiddə məhsulunun Azərbaycanda distribusiyasını həyata keçirir. Hazırda “Veysəloğlu”nun Azərbaycanın bütün regionlarında mağaza, anbarları və istehsal müəssisələri fəaliyyət göstərir. “Veysəloğlu” Şirkətlər Qrupunun 25 mindən çox əməkdaşı var.


Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Noyabr 2024 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri