Icma.az
close
up
RU
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatına dəstək Asiya İnkişaf Bankı ilə 10,5 milyonluq saziş imzalandı FOTOLAR

“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatına dəstək Asiya İnkişaf Bankı ilə 10,5 milyonluq saziş imzalandı FOTOLAR

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Asiya İnkişaf Bankı (AİB) və Veysəloğlu Şirkətlər Qrupunun “Araz” Supermarketlər Şəbəkəsi arasında Azərbaycanda kənd təsərrüfatının inkişafını və ərzaq təhlükəsizliyini dəstəkləmək məqsədi ilə 10,5 milyon dollarlıq saziş imzalanma mərasimi keçirilib.
Tədbirdə AİB-in Özəl Sektor Əməliyyatları üzrə Baş Direktoru Suzanne Gaboury, Veysəloğlu Şirkətlər Qrupunun “Araz” Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, “Veysəloğlu Distribusiya”nın İdarə Heyətinin sədri Bəxtiyar Allahverdi, “Oba” Marketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova və digər nümayəndələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rəşad İbrahimov bildirib ki, AİB ilə imzalanan saziş sahibkarlığın və yerli istehsalın inkişafında mühüm rol oynayacaq və yeni iş yerlərinin yaradılmasına imkan verəcək: “Saziş ailələrin qida təminatının daha da yaxşılaşdırılmasına şərait yaradacaq. Eyni zamanda yerli fermerlərin inkişafına təkan olacaq. Saziş çərçivəsində qadınların işə cəlb olunması istiqamətində mühüm addımlar atılacaq”.
Suzanne Gaboury isə qeyd edib ki, “Araz” Supermarketlər Şəbəkəsi ilə imzalanan saziş müasir pərakəndə satış sektorunda ərzaq keyfiyyətini və təhlükəsizliyini artıracaq: “Müqavilə çərçivəsində ərzaq təhlükəsizliyinə və iqlim fəaliyyətinə dəstək veriləcək. Eyni zamanda, saziş kiçik fermerlərin daha etibarlı gəlirlər əldə etməsinə imkan yaratmaqla inklüziv inkişafa töhfə verəcək. AİB-in dəstəyi Azərbaycanın müasir pərakəndə təchizat zəncirinin genişlənməsini sürətləndirməyə və tədarük, nəqliyyat, saxlama və paylama sahələrində səmərəliliyi artırmağa kömək edəcək.”
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycandakı əksər fermerlər kiçik təsərrüfat sahibləri kimi, etibarlı alıcılar və sabit gəlirlərlərlə bağlı əziyyət çəkirlər. Bu faktorlar fermerlərin təsərrüfatlarını iqlim dəyişikliyinə uyğunlaşdırmaq üçün investisiya ayırmasını çətinləşdirir. İqlim dəyişikliyi ilə əlaqəli yüksək temperatur, su qıtlığı, torpağın şoranlaşması, yeni zərərvericilərin və xəstəliklərin yaranması da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Rəşad İbrahimov daha sonra əlavə edib ki, yerli fermerləri dəstəkləmək biznesin və xidmət göstərdiyimiz insanların mənafeyi üçün olduqca vacibdir: “AİB ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda keyfiyyətli qidaya çıxış imkanlarını genişləndirə və iqlimə davamlı əkinçilik təcrübələrini təşviq edə bilərik”.
Tədbirin sonunda “Araz” Supermarketlər Şəbəkəsi Asiya İnkişaf Bankına Qarabağ xalçasının ornamentlərini özündə əks etdirən və əməkdaşlığın uzunmüddətli olmasını simvolizə edən saat hədiyyə edib.
Asiya İnkişaf Bankı
1966-cı ildə təsis edilmiş Asiya İnkişaf Bankı, ifrat yoxsulluğun aradan qaldırılması istiqamətindəki səylərini mütəmadi olaraq davam etdirir və regionda firavan, inklüziv, dayanıqlı və davamlı inkişafa nail olmağa çalışır. Hal-hazırda AİB-ə 69 ölkə üzvdür və onlardan 49-u Asiya və Sakit Okean regionunda yerləşir.
“Veysəloğlu” Şirkətlər Qrupu
1994-cü ildən fəaliyyətə başlayan “Veysəloğlu” Şirkətlər Qrupu, pərakəndə, topdansatış, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən, qeyri-neft sektoru üzrə ixtisaslaşmış Azərbaycan şirkətidir. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət, hazırda dünyanın bir çox tanınmış markalarının 4 mindən artıq çeşiddə məhsulunun Azərbaycanda distribusiyasını həyata keçirir. Hazırda “Veysəloğlu”nun Azərbaycanın bütün regionlarında mağaza, anbarları və istehsal müəssisələri fəaliyyət göstərir. “Veysəloğlu” Şirkətlər Qrupunun 25 mindən çox əməkdaşı var.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Noyabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see191

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see142

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see133

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see130

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see129

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see129

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see129

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see127

Amerikalıların Trampın büdcə layihəsinə münasibəti ilə bağlı sorğu keçirilib

27 İyul 2025 08:13see125

Hazırda açıq ərazilərdə 100 dən çox yanğın aktivdir Serbiya DİN

27 İyul 2025 08:17see123

NATO Kalininqradı yer üzündən silməyi planlaşdırır Rusiya

26 İyul 2025 11:13see123

Rusiyanın hərbi sənaye müəssisələri müharibənin real təsirlərini hiss etməlidir Zelenski

26 İyul 2025 11:02see121

Azərbaycanın əməkdar məşqçisi vəfat edib KONKRET

27 İyul 2025 15:40see121

Diplomatiyamızın şərəfli səhifəsi

26 İyul 2025 10:55see119

Rusiya şovinizmi dünya sülhü üçün real təhlükədir Tənzilə Rüstəmxanlı yazır

26 İyul 2025 10:46see116

Laçında ağır qəza Ölənlər var

26 İyul 2025 21:39see116

Avropada genişmiqyaslı etirazlar aeroportların işini iflic edə bilər

26 İyul 2025 07:38see115

Azərbaycan İƏT ailəsinin fəal üzvüdür

26 İyul 2025 11:14see114

Böyük Britaniya Fələstini tanıya bilər

26 İyul 2025 07:35see112

“Ədalət”i səngərdə çıxarmışam 35 illik QƏZET

26 İyul 2025 11:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri