Icma.az
close
up
RU
ArazNaxçıvanın qapıçısı tarixə düşdü

ArazNaxçıvanın qapıçısı tarixə düşdü

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Azərbaycan çempionatları tarixinə düşüb.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəvbər verir ki, o, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına düşmək üçün zəruri olan 660 "quru" dəqiqə səddini geridə qoyub.

Onun Misli Premyer Liqasındakı "quru" seriyası XVII turda qırılıb. Moldovalı legioner qapısını ümumilikdə 677 dəqiqə toxunulmaz saxlayıb.

Oktyabrın 26-da, XI turun "Zirə” ilə səfər oyununun 30-cu dəqiqəsində Giorgi Papunaşvilinin vurduğu qoldan sonra K.Avram ardıcıl 6 görüşü "quru" keçirib. O, "Neftçi”, "Zirə”, "Sumqayıt” (hər üçü 1:0), "Kəpəz” (2:0), "Turan Tovuz” (1:0) və "Səbail”lə (1:0) qarşılaşmalarda qol buraxmayıb.

XVII turun "Sabah”la görüşünün 78-ci dəqiqəsində fərqlənən Coy-Lens Mikels komandasına 1:0 hesablı qələbə qazandırmaqla K.Avramın seriyasını qırıb. Bu, ölkə çempionatları tarixində ən azı 660 dəqiqə davam edən 21-ci "quru" seriyadır. Avram 677 dəqiqəlik seriya ilə siyahıda 20-ci göstəriciyə malikdir.

Bu oyunda ) "Araz-Naxçıvan”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Elmar Baxşıyevin yetirmələri Misli Premyer Liqasının XVII turunun "Sabah”la ev matçında 0:1 hesabı ilə uduzublar.

Naxçıvan təmsilçisi son dəfə avqustun 2-də "Qarabağ”a 1:4 hesabı ilə məğlub olmuşdu. 134 gündən sonra uduzan komanda bu müddətdə keçirdiyi 15 qarşılaşmada 12 qələbə qazanıb və 3 heç-heçə edib.

Klub tarixinin rekorduna imza atan "Araz-Naxçıvan” ölkə çempionatları tarixində ardıcıl ən azı 15 oyunda uduzmayan 13-cü komanda olub. Bu, 37-ci belə seriyadır.

"Neftçi”nin futbolçusu Filip Ozobiç isə Azərbaycan çempionatlarında 60-cı qolunu vurub. Yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XVII turunun "Kəpəz”lə ev oyununa (2:1) təsadüf edib.

O, ölkə çempionatlarındakı 180-ci matçında buna nail olub. F.Ozobiçin orta məhsuldarlığı 0,33-ə bərabərdir. O, "Qəbələ”də 16, "Qarabağ”da 35, "Neftçi”də 9 dəfə fərqlənib. F.Ozobiç Azərbaycan çempionatları tarixində 60 və ya daha çox qol vuran 30-cu futbolçu olub.

"Sabah” isə Azərbaycan çempionatlarında 40-cı səfər qələbəsini qazanıb. Bakı klubu Misli Premyer Liqasının XVII turunda səfərdə "Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib.

Paytaxt təmsilçisi bu yubileyə rəqib meydanlarındakı 97-ci görüşdə nail olub. "Sabah” səfərdə ən azı 40 dəfə qalib gələn 13-cü komandadır.

Qeyd edək ki, "Sabah” ilk uğurunu Premyer Liqadakı debüt matçında əldə edib. 2018-ci il avqustun 12-də "Şamaxı” ilə səfər oyununda 1:0 hesablı qələbə qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see353

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see330

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see306

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see300

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see296

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see282

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see282

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see277

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see275

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see255

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see229

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see227

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see223

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see222

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see221

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see216

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see206

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see205

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri