“Mançester Siti”nin baş məşqçisi dörd oyunluq uğursuz seriyadan danışdı
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasında ardıcıl dörd oyundur qələbə qazana bilməmələrinə münasibət bildirib və UEFA Çempionlar Liqasındakı əsas hədəflərini açıqlayıb.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis “Napoli” ilə qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında komandasının avrokuboklarda daha uğurlu çıxış etdiyini vurğulayıb.
“Biz hansı turnirdə oynamağımızdan asılı olmayaraq, həmişə qələbə qazanmağa çalışırıq. Əlbəttə, Premyer Liqada ardıcıl dörd oyunda qalib gələ bilməməyimiz məyusedicidir. Sabah qələbə qazanmaq və indiyədək bizim üçün yaxşı keçən Çempionlar Liqasındakı yolumuza davam etmək imkanımız var”, - deyə Mareska söyləyib.
Baş məşqçi turnirin Liqa mərhələsini ilk səkkizlikdə başa vurmağın əhəmiyyətini xüsusi qeyd edib:
“Əsas məsələ növbəti mərhələyə yüksəlməkdir. İlk səkkizliyə düşə bilməsəniz, əlavə iki oyun keçirməli olacaqsınız. Onsuz da çoxlu qarşılaşmamız olduğunu nəzərə alsaq, təqvimi mümkün qədər yüngülləşdirmək vacibdir. Buna görə də məqsədimiz ilk səkkizlikdə yer almaqdır”.
Mareska heyətdəki son vəziyyətə də aydınlıq gətirib. Onun sözlərinə görə, “Fulhem”lə oyunu buraxan Mateuş Nuneş artıq məşqlərə qayıdıb və “Napoli”yə qarşı oynamağa hazırdır.
“Mateuş qayıdıb. Hazırda iştirak etməyəcəyi dəqiq olan yeganə futbolçu Antuan Semenyodur. Digər oyunçularla bağlı müəyyən suallarımız var. Bəzilərində əzələ gərginliyi və oyun yükü ilə əlaqədar problemlər mövcuddur. Son məşqdən sonra qərar verəcəyik”, - deyə mütəxəssis əlavə edib.
İtaliyalı çalışdırıcı futbolçuların fiziki yüklənməsini düzgün idarə etməyin vacibliyini də vurğulayıb. O, mövsüm ərzində təxminən 65 oyun keçirə biləcəklərini xatırladaraq rotasiyanın zəruri olduğunu söyləyib.
Qeyd edək ki, “Mançester Siti” Çempionlar Liqasının Liqa mərhələsində dörd turdan sonra doqquz xalla yeddinci pillədə qərarlaşıb. “Napoli” ilə qarşılaşma noyabrın 24-də “Etihad” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 23 Noyabr 2026 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















