İstanbul 15 saatdır, aslan axtarır VİDEO
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İstanbulda jandarma qüvvələri və vətəndaşlar 15 saatdır aslan axtarır.
Bakıvaxtı.az xəbər verir ki, proses Üskümrüköydə bir vətəndaşın 112-yə məlumat verməsi ilə başlayıb və təhlükəsizlik kameralarında qeydə alınan heyvanın dişi aslan olduğu müəyyən edilib.
Jandarma, Bələdiyyə Polisi və Təbiəti Mühafizə və Milli Parklar qrupları ərazini mühasirəyə alıb və sakinlərə "ehtiyatlı olmaq" barədə xəbərdarlıq edilib.
Termal kameralar vasitəsilə yeri müəyyən edildikdən sonra aslanı sakitləşdirici dartla sakitləşdirməyə çalışan mütəxəssis baytarlar uğursuz olublar.. Gecə ərzində aslan yenidən kameraların gözündən itib.
Sarıyerdə yaşayan Qalatasaray futbolçusu Əbdülkərim Bardakçı da axtarış işlərində şəxsən iştirak edib. Onun keçmişdə bir aslanı sığalladığı anları sosial mediada paylaşmasından sonra axtarılan heyvanın futbolçuya məxsus olduğu da iddia edilir.
Həm havadan, həm də qurudan tam 15 saat davam edən ələkeçirmə əməliyyatı davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 23 Noyabr 2026 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















