Icma.az
close
up
RU
Ard arda baş verən səhvlər: Həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar?

Ard arda baş verən səhvlər: Həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son vaxtlar həkimlərin məsuliyyətə cəlb olunması, həkim səhvləri, hətta onların həbs edilməsi ilə bağlı xəbərlər ölkə gündəmini zəbt edib. Sosial şəbəkələrdə həkimlərə qarşı kampaniya (linçlənmə) təşkil edənlər də var, onları müdafiə edənlər də.

"Hər ölən xəstəmlə bir parçam ölüb, günlərlə "daha nə edə bilərdik" sualları ilə içimi yemişəm. Buna rəğmən yenə də ölkəm üçün bir şeylər etməyə çalışmışam. Bütün bunların üzərinə bir də həkimin həbs edilməsi gələcəyim haqqında bütün ümidlərimi bitirdi. Ürək həkimi olduğum üçün çox xəstə itirmişəm. Əfsuslar olsun ki, bundan sonra da itirəcəyəm, bütün həkimlərin əlində ağırlaşmalar və ölümlər olacaq. Sonunda bir bəndəyik və nə qədər çalışsaq da, hər kəsi xilas edə bilmərik. Buna görə məni həbs etsələr, yəqin ki, ömürlük verməlidirlər".

Bu fikirlər tibb üzrə fəlsəfə doktoru, kardioloq Üzeyir Rəhimova məxsusdur. Həkim hazırda tibb işçiləri ilə bağlı gedən müzakirələrdən narahatlığını ifadə edir. Deyir ki, papağımızı önümüzə qoyub son dəfə düşünməliyik: "Artıq həkimlər çətin və ağır xəstələri qəbul etməyəcək, bu da ölümlərin artmasına, ömrün qısalmasına səbəb olacaq. Xarici ölkələrə üz tutan həkim sayı isə daha da artacaq".

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Təbii ki, həkimlərin məsuliyyətini artırmaq üçün ciddi nəzarət olmalıdır. Bu linç kampaniyası peşəkar həkimlərə necə təsir edir? Proses ölkədən həkim axınını sürətləndirə bilərmi?

Məlumat üçün bildirək ki, Almaniyanın Həkimlər Palatasının rəsmi səhifəsində qeyd olunub ki, 2023-cü il dekabrın sonu üçün artıq 1 617 azərbaycanlı bu ölkədə həkim kimi işləmək hüququ qazanıb. 2022-ci ilin sonunda bu rəqəm 1 359 nəfər idi. Bu statistikaya Türkiyə və digər ölkələri əlavə etsək, kifayət qədər axın olduğunu görə bilərik.

"Bu həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar"

Millət vəkili Müşfiq Məmmədli "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyən həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar: "Sosial şəbəkələr bəzi hallarda obyektiv fikirlərin ifadə olunduğu platforma olsa da, bəzi insanlar üçün də reklam meydanıdır. Biz burada obyektiv məsələləri təhlil etsək, təbii ki, müəyyən qanuni prosedurları doğru icra etməyərək, dolayı yollarla hansısa sertifikata malik olan, işinin peşəkarı olmayan, insan sağlamlığına zərər verən həkimlərin cinayət məsuliyyətinə cəlb olunması təbiidir. İnsanların sağlamlıqlarının qorunmasında hər kəs qanunvericiliyin bütün müddəalarına ciddi şəkildə riayət etməlidir. Çünki qanunsuz yollarla hansısa bir prosesi icra etməyin özü gələcəkdə ağır nəticələrə gətirib çıxara bilər".

Nə həddən artıq sərt tədbirlər, nə də liberallıq...

Həkimlərin xaricə axınının sürətlənməsinə gəldikdə isə, millət vəkili vurğulayır ki, nə həddən artıq sərt tədbirlər olmalıdır, nə də həddən artıq liberallıq: "Tənzimləməni həyata keçirən təşkilatlar özləri də qanunvericilik normalarına ciddi şəkildə riayət etməlidirlər. Nə həddən artıq subyektiv yanaşmaları qabardaraq "qanunvericiliyə uyğun şəkildə davranıram" deyib sərt tədbirlər görülməlidir, nə də həddən artıq liberallıq göstərərək qanunvericilik normalarının pozulmasına göz yummaq lazımdır. Səhiyyə sistemində həkimlərin, orta tibb işçilərinin və pasiyent hüquqlarının qanunvericiliyin normalarına uyğun şəkildə tənzimləmək heç bir problemlərə gətirib çıxarmayacaq. Cavabdeh qurumlar öz işlərini qanunvericilik normalarına və təlimatlara uyğun şəkildə qursalar, peşəkar həkimlərin fəaliyyətində heç bir problem olmayacaq. Amma müxtəlif addımlarla, özünü dolayı yollarla həkim edən, yetişməmiş mütəxəssislər kimi fəaliyyət göstərərək insanların sağlamlığına zərər vuranlar təbii ki, qanunvericiliyə uyğun şəkildə cəzalanacaq".

Tibb işçisi baxımlı olmalıdır

Sosial şəbəkələrdə həkimlərin linçlənməsi məsələsinə gəldikdə isə, millət vəkili təsdiqləyir ki, haqsızlıq edilən həkimlər də çoxdur: "Peşəkar həkimlərə qarşı haqsızlıq elementlərini müşahidə edirik. Hətta həkimlərin baxımlı olmasını irad bildirənlərə də rast gəldim. Bu irad çox absurddur. Çünki tibb işçisi, sosial sahədə işləyən insanlar daim xəstələrlə əlaqədə olurlar. Onlar görünüşü, ölçülü-biçili olması, təmizliyi ilə insanlarda əminlik yaratmalıdır. Təbii ki, tibb işçisinin xoş əhval-ruhiyyədə, gözəl görkəmdə olması, geyiminin standartlara uyğun təmiz, səliqəli olması həm sağlamlığı ilə bağlı müraciət edən xəstədə müsbət aura yaradır, həm də ona inamı artırır. Tibb işçisinin baxımlı olmasından təbii heç nə yoxdur".

Həkimlərin miqrasiyası sürətlənib

Sosial ekspert İlqar Hüseynli isə deyir ki, Azərbaycanda həkimlərlə bağlı son illərdə yaranan ajiotaj narahatlıq doğurmaya bilməz: "Səhiyyə xidmətinin düzgün təşkil edilməsi bütün dünyada önəmlidir. Demək olar ki, dünyanın əksər ölkələrində həkim çatışmazlığı müşahidə olunmaqdadır və bu proses davam edir. Təəssüflər olsun ki, artıq ölkəmizdə həkimlərin miqrasiya prosesi sürətlənib. Belə vəziyyətdə həkimlərlə bağlı müzakirələr narahatlıq doğurmaya bilmir. Burada, əsasən plastik cərrahiyyə ilə bağlı yaranan narazılıqlar qığılcım rolunu oynadı".

"Həkimi birtərəfli günahlandırmaq doğru deyil"

Mütəxəssis vurğulayır ki, həkimlərə təzyiq etmək, onları xüsusi nəzarət altında saxlamaq uğurlu nəticələrə gətirib çıxarmayacaq: "Onsuz da əməkhaqqı və maddi təminatlarının az olmasını əsas gətirərək ölkədən Almaniyaya, Türkiyəyə gedən kifayət qədər həkim var. Düşünürəm ki, həkimlərin hər hərəkətinə sərt müdaxilələr etsək, bu, onların ölkədən getməsinə səbəb yaradan əsas faktora çevriləcək. Hər hansı hadisədə həkimi birtərəfli günahlandırmaq, dərhal həbs etmək düzgün deyil".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Fevral 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri