Arda Güler bütün Avstraliya millisindən bahadır
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülerin transfer dəyəri Avstraliya yığmasının bütün heyətinin ümumi qiymətindən yüksəkdir.
İdman.Biz xəbər verir ki, “Real Madrid”in futbolçusu 90 milyon avro (177,06 milyon AZN) dəyərində qiymətləndirilir. Avstraliya millisinin bütün heyətinin ümumi transfer dəyəri isə 77,45 milyon avrodur (152,37 milyon AZN).
Buna baxmayaraq, Türkiyə millisi DÇ-2026-nın D qrupunun birinci turunda Avstraliyaya 0:2 hesabı ilə məğlub olub.
Beləliklə, təkcə Arda Gülərin transfer qiyməti rəqib yığmanın bütün futbolçularının ümumi dəyərindən 12,55 milyon avro çox olsa da, bu üstünlük meydandakı nəticəyə təsir etməyib.
Baxış sayı:188
Bu xəbər 15 İyun 2026 05:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















