Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Arda Gülərin babası: O qol vurduqda telefonum səhərə qədər susmur

Arda Gülərin babası: O qol vurduqda telefonum səhərə qədər susmur

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

''Real'' və Türkiyə yığmasının gənc ulduzu Arda Gülərin babası Mehmet Əli Gülər Türkiyə mətbuatına maraqlı açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, Bolunun Mengen kəndində yaşayan baba Gülər nəvəsinin futbola sevgisindən və başqa məqamlardan danışıb:

''Ardanın 3-4 yaşından ''top xəstəsi'' olduğunu hiss etməyə başladıq. Kəndə iki topla gəlirdi. Onlar partlamayana qədər çörək yemirdi və ancaq oynayırdı. Top partladıqdan sonra evə gələndə onun üzünü görürdük. Hər dəfə bizim evə qonaq gələndə topla 1-2 lampanı qırırdı. Ankarada öz evlərində də elə idi. Uşaq olduğu üçün heç birimiz heç nə demirdik. Hamımızın sevimlisi idi. Həyatında topdan başqa heç nə yox idi. Tez-tez onun başqa klublara gedəcəyi haqda xəbərlər oxuyuram. Amma zatən ''Real''ın prezidenti də dəfələrlə açıqlayıb ki, Ardanı heç yerə buraxmayacaqlar. 6 ili ''Real''da keçirəcək. Sonra nə olacağını isə görəcəyik. Mənim yeganə arzum odu ki, zədələnməsin və gözə gəlməsin. Bütün Türkiyə onu təqib edir. Qol vurduğu vaxt telefonum səhərə qədər susmur. Hər yerdən zənglər gəlir. Bu dərəcədə sevilir. Arda ilə ən son ötən həftə Boluda ''Təbiət Parkı''nda görüşdüm. Görüşümüz çox da uzun çəkmədi. 40-45 dəqiqə görüşdük, söhbət etdik. Onu görən kimi öpüb bağrıma basdım. Birlikdə qəhvəaltı etdik. Bilmirəm, bir də onu görmək mənə nə vaxt nəsib olacaq. Bir neçə dəfə İspaniyaya da gedib oyunlarını stadiondan izləmişəm. Amma mən ən çox yığma komandanın oyunlarını qaçırmamağa çalışıram. Oyunlardan öncə Ardaya zəng vuranda adətən zəng çatmır. Çox vaxt mesajlaşırıq. Amma hərdən o özü də zəng vurur. Əsas heyətdə olub-olmadığını soruşduqda əsasən ''hələ dəqiq bilmirəm'' deyir. İspaniya çempionatında oyunlar bizim vaxtla gecə 1-2-də bitir. Xanımımla hər zaman televizor başında sona qədər oturub izləyirik. Həmin an yaşadığım duyğular təkrarolunmazdı. Hələ üstəlik Arda qol vurduqda az qala sevincimdən ağlayıram. Hər zaman arzusu ən yüksək səviyyədə oynamaq və ulduz olmaq idi. Artıq bu arzusuna çatıb. Onu bütün dünya tanıyır. Amma bununla kifayətlənmək istəmir və ''bir nömrə olacam'' deyir. Hər halda yəqin ki, Messi ilə Kriştiano Ronaldonu da ötmək istəyir. Belə getsə, bu hədəfinə də çatacaq. Bu yaşda indidən bütün bunlara nail olubsa, məncə, qarşıdakı illərdə indikindən də güclü olacaq''.


ƏLİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Yanvar 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see577

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see490

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see443

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see314

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see300

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see293

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see282

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see272

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see255

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see247

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see239

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see226

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see224

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see196

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see195

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see193

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see178

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see177

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri