“Ardıcıl üç oyunda məğlubiyyət bizi razı salmır” “Araz Naxçıvan”ın icraçı direktoru
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Ardıcıl üç məğlubiyyət, heç şübhəsiz, “Araz-Naxçıvan”ın düşərgəsində əhval-ruhiyyəyə təsir göstərib. Klub prezidenti Zaur Axundovun imicini də nəzərə alsaq, indi bəlkə də hansısa radikal qərarların planını cızır.
“Qırmızı-ağlar”ın icraçı direktoru Eldəniz Yusubov “Football-plus.az”a düşərgədəki durumu anlatdı:
“Bizim komanda adi qaydada “Neftçi” ilə oyuna hazırlaşır. Heç bir ajiotaj və ya gərginlik yoxdu. Həmişə qarşımıza qələbə qazanmaq tapşırığı qoyuruq. Futbolçular və məşqçi heyəti bunun öhdəsindən gələcək. Ardıcıl üç oyunda məğlubiyyət bizi razı salmır. İndiyə qədər komanda baxımlı oyunla bu yerlərə çatıb. Rəhbərlik mövsümün əvvəlində komandanın qarşısına qoyduğu vəzifəni həmişə təkrarlayır. Biz məşqçilərin və futbolçuların hesabına gəlib bu yerlərə çatmışıq. Rəhbərlik həmişə futbolçuların yanındadı. Oyundan əvvəl və sonra görüşlər olur. Bu rutin qaydada olan görüşlərdi. Məqsəd komandaya dəstək olmaqdı. Rəhbərlik hansısa radikal tələb qoymayıb”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 Yanvar 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















