Icma.az
close
up
RU
Ardıcıl üç qələbəni böyük iş kimi görürlər, amma...

Ardıcıl üç qələbəni böyük iş kimi görürlər, amma...

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Neftçi" Misli premyer-liqasının 22-ci tur matçında "Zirə"nin meydanından qalib ayrıldı - 2:1.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Start heyətində 7 yerli futbolçu var idi. "Neftçi" ruhunun qayıtmasında bu amilin böyük rolu varmı?
- Bəli var, amma böyük deyil. Dəfələrlə legionerlərin azı yerli oyunçular qədər çalışdığına, işinə can yandırdığına şahidlik etmişəm. Əsas iş komandaya bu ruhu ötürməkdən başlayır. Belədə həm yerli, həm də əcnəbi futbolçu əlindən gələni əsirgəməyəcək. İndiyə qədər çalışdığım klublarda legionerlər yerli futbolçulardan geri qalmayıb. Ab-havanı düzəltmək lazımdı.
- "Kəpəz"lə kubok matçını da saysaq, son üç oyunda üç qələbə qazanmısız. Martın 22-si demişdiz, bəlkə...
- Bəli, martın 22-si demişdim, ancaq hansı ildə olduğunu deməmişdim (gülür). Gözləyək.
- Dramatik sonluğu necə şərh edə bilərsiz?
- Təbii ki, bütün komandalar meydana qalib gəlmək üçün çıxır. Komanda istəkli oynayırsa, deməli, yaxşı olacaq. Bu, bizim üçün həmin oyunlardan idi. Qələbə qazanmaq üçün hər şeyi etdik. Qol buraxandan sonra pərişan olsaq da, ümidimiz ölmədi. Bütün enerjimi qələbə üçün sərf etmişdim. Köməkçilərimə dedim ki, qismət budu. Qələbə mənim üçün xoşdu.
- Sambu və yeni transfer haqda fikriniz necedi? Komandaya fadalı ola biləcəklərinə inanırsızmı?
- Qışda oyunçu almaq çətin prosesdi. Bəzi futbolçularla ddekabrdan bəri danışıq aparırdıq. Sözün əsl mənasında, klublarına çökmüşdük. Əfsuslar olsun ki, alınmadı. Bizi narahat edən məqamlardan biri də hücum planında əvvəldən axıra qədər eyni tempdə oynamamağımız idi. Bu matçın son dəqiqələrində belə bəxtimizi sınamaqdan əl çəkmədik. Düşündük ki, gücümüzdən istifadə etməliyik.
- İndi qələbəni qeyd edəcəksiz, yoxsa fasilə yoxdu?
- Hamı bir nəfər kimi bazaya gedir. Prosedurlarımız var. Vaxtımız azdı. Kubok matçları da bizim üçün çox vacibdi. Hazırlaşmağa davam etməliyik. Psixoloji vəziyyətimizi yaxşılaşdırdıq. Ardıcıl üç qələbəni böyük iş kimi görürlər, amma bizim qrafikimiz var. Addımları buna uyğun atmalıyıq.
- "Qarabağ"la matçda da əvvəlki ruhunu xatırladan "Neftçi"ni görə biləcəyikmi? Bu dəfə Azərbaycan derbisində fərqli nəticə qeydə alına bilərmi?
- Bu matçlardan sonra həm siz media nümayəndələri, həm də azarkeşlərin Azərbaycan derbisi haqda belə danışması normaldı. Bəli, "Qarabağ" bizdən güclüdü. Öz evimizdə oynayacağıq. Yaxşı nəticə arzu edirik. Bu üzdən, meydanda hər şeyi edəcəyik. Hər halda, indi qələbəmizdən danışaq. Dərhal "Qarabağ"la matça köklənməyək.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Fevral 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri