ARDNF sığortaçı seçir
Icma.az, Report.az saytına istinadən bildirir.
Dövlət Neft Fondu (ARDNF) 160 əməkdaşının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar təkliflərini dekabrın 4-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 ünvanına təqdim edə bilərlər.
Təkliflərə dekabrın 4-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.

