Prezident ötən ilin dövlət büdcəsinin və ARDNF in ötənilki büdcəsinin icrasını TƏSDİQLƏDİ
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası gəlirlər 37 161 838,6 min manat, xərclər 37 713 661,1 min manat məbləğində olmaqla təsdiq edilib.
Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdirlənən "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanunda əksini tapıb.
Dövlət başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında" da Sərəncam imzalayıb.
Sərəncama əsasən, Fondun 2024-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 127,9 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində olub.
Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası gəlirlər 18 038 986,6 min manat, xərclər 12 896 361,8 min manat olub.


