Icma.az
close
up
RU
ARDNF in aktivləri 73 milyard dollara yaxındır

ARDNF in aktivləri 73 milyard dollara yaxındır

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 72 milyard 596 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 1,3 % azdır.

BAKU.WS report-a istinadən bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, yanvar-iyun aylarında ARDNF-in büdcə gəlirləri 8 milyard 531,3 milyon manat, o cümlədən neft-qaz gəliri 4 milyard 953,4 milyon manat, idarəetmə gəliri isə 3 milyard 577,9 milyon manat təşkil edib. Fondun büdcə xərcləri isə 6 milyard 447,9 milyon manat olub. Qurumun qızılın qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən büdcədənkənar xərci isə 3 milyard 688,1 milyon manat təşkil edib.

6 ay ərzində ARDNF mənfəət neft-qazının satışından 4 milyard 947,6 milyon manat, bonus ödənişləri və tranzitdən 0,9 milyon manat, akr hesabı ödənişlərdən isə 4,9 milyon manat gəlir əldə edib. Fonda "Azəri-Çıraq-Günəşli" yatağından 4 milyard 374,9 milyon manat, "Şahdəniz" yatağından isə 437,1 milyon manat vəsait daxil olub.

Hesabat dövründə ARDNF dövlət büdcəsinə 6 milyard 420 milyon manat transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 2,1 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə 12,3 milyon manat yönəldib, idarəetməyə isə 15,4 milyon manat xərcləyib.

"I rübdə başlamış ABŞ-İran münaqişəsi nəticəsində qlobal maliyyə və enerji bazarlarında yüksək volatillik müşahidə olunub və müharibə bütün investisiya istiqamətlərinə mənfi təsir göstərib. II rübdə isə müxtəlif maliyyə alətləri üzrə qiymətlər bərpa olunub, müsbət gəlirlilik əldə edilib, qızıl isə idarəetmədə olan ümumi vəsaitlərə mənfi töhfə verib.

I rübün əvvəlində investorların etibarlı aktivlərə yönəlməsi dövlət istiqrazlarının qiymətlərini dəstəkləyib. I rübün sonlarından etibarən bu meyil əksinə dönüb, neft qiymətlərinin kəskin artımı inflyasiya gözləntilərini yenidən gücləndirib və inkişaf etmiş ölkələrin bazarlarında istiqrazların dəyər itirməsinə səbəb olub. Enerji qiymətlərindən qaynaqlanan inflyasiya təzyiqi ən çox Avropa bazarlarına təsir edib, ABŞ dolları istiqraz subportfeli isə dövr ərzində nisbi dayanıqlılıq nümayiş etdirib", - deyə ARDNF bəyan edib.

Bildirilir ki, qlobal səhm bazarları I rübün əvvəlində müsbət nəticələr göstərib, lakin İran münaqişəsinin kəskinləşməsi və geosiyasi risklərin artması səbəbindən I rübün qalan hissəsində geriləyib. II rübdə bazarlarda bərpa müşahidə edilib, süni intellekt sahəsinə investisiya marağı və atəşkəs danışıqları fonunda neftin ucuzlaşması hesabına bu rüb 2020-ci ildən bəri səhm bazarları üçün ən uğurlu rüb olub. II rübün sonunda texnologiya şirkətlərinin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıqlar yarımkeçirici sektorunun səhmlərinə mənfi təsir göstərib və volatillik yenidən artıb.

"Qızılın qiyməti I rübün əvvəlində kəskin artıb, buna ABŞ dollarının zəifləməsi və investorların dövlət istiqrazları və valyutalardan real aktivlərə yönəlməsi kimi struktur amillər səbəb olub. I rübün sonunda isə qiymətlər kəskin azalıb və real faiz dərəcələrinin artımı fonunda bu eniş II rüb ərzində davam edib", - məlumatda deyilir.

Ən

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 İyul 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri