Icma.az
close
up
RU
ARDNF in icraçı direktoru: BƏƏ dəki təhsil şəbəkəsindən 15% dən yüksək gəlir gözləyirik

ARDNF in icraçı direktoru: BƏƏ dəki təhsil şəbəkəsindən 15% dən yüksək gəlir gözləyirik

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan Dövlət Neft Fondu (ARDNF) olaraq daha yüksək gəlirli aktivlərə investisiya edirik".

Bunu “APA-Economics”ə açıqlamasında Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov deyib. O bildirib ki, son dövrlər edilən investisiyalarda bu amil xüsusilə nəzərə alınıb. Bu çərçivədə, 7-8% gəlirliyi olan və uzunmüddətli dövlət təminatı olan daha az risklə səciyyələnən aktivlərə yatırım ed+6irik. Buna bu ilin may ayında 50 milyon dollar investisiya edilən Əbu-Dabidə yerləşən “ADNOC Gas Pipeline Assets LLC” (“AGPA”) şirkəti də daxildir. O bildirib ki, Fond sözügedən şirkətə daha çox investiya edə bilərdi. Amma bu tipli şirkətlərin səhmlərinə tələb yüksəkdir. Fond ona görə də investisiya həcmini 50 milyon dollarla məhdudlaşdırmalı olub.

İsrafil Məmmədov həmçinin, Fondun Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “GEMS Education” təhsil şəbəkəsinə 100 milyon dollar yatırımı barədə də fikirlərini bölüşüb. O bildirib ki, bu yatırımla bağlı gözləntilər yüksəkdir.

“Fondun yatırım etdiyi “GEMS Education” 12 illik təhsil üzrə dünyanın ən böyük və qabaqcıl özəl təhsil müəssisələri şəbəkəsinə malikdir. Şirkət 1959-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılıb. Hazırda Yaxın Şərq, Şimali Afrika, Asiya, Avropa və Amerikada məktəbə malik olan bu özəl təhsil şəbəkəsində dünyanın 176 ölkəsindən 170 min şagird təhsil alır. Şirkətin əhəmiyyətli dərəcədə böyük bazar payına malik olduğu BƏƏ-də yerləşən 40-dan çox məktəbində 135 mindən çox şagird təhsil alır. Bu investisiya üzrə gəlirlilik gözləntisi 15%-dən yüksəkdir. Bu isə ümumi portfelin risk gəlirlilik profili çərçivəsində kifayət qədər yaxşı göstərici hesab edilir”- icraçı direktor əlavə edib.

Xatırladaq ki, ARDNF “GEMS Education”a ötən ilin yayında yatırım edib. Sözügedən investisiya Fondun Yaxın Şərqə birbaşa olaraq etdiyi ilk yatırım hesab olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 İyul 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri