ARDNF nin investisiya portfelinin xarici valyutalar üzrə bölgüsü açıqlanıb
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Neft Fondunun (ARDNF) bu ilin 30 sentyabr tarixinə cəmi investisiya portfeli 70 160,3 milyon dollar təşkil edib.
Banco.az bu barədə Fonda istinadən xəbər verir.
Fondun investisiya portfelinin xarici valyutalar üzrə bölgüsünə əsasən vəsaitlərin 67,8%-ni ABŞ dolları təşkil edir.
Məlumata görə, vəsaitlərin 20%-ni avro, 4,9%-i ingilis funt sterlinqi, 2,3%-i Çin yuanı, 1,4%-i Yapon yeni, 3,6%-ni digər valyutlar təşkil edib.
Fondun portfelində valyutalar bu şəkildə qərarlaşıb: ABŞ dolları: $47 589,0 mln., avro: €11 987,8 mln., İngilis funt sterlinqi: £2 554,7 mln., Çin yuanı: CNY 11 379,6 mln., Yapon yeni: JPY 140 351,9 mln., digər valyutalar: $2 533,9 mln.
Əlavə edək ki, ABŞ dolları portfelinin 22 982,9 milyon dollarlıq hissəsini (32,8%) qızıl investisiyaları təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 23 Oktyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















