Areq Koçinyan: Ermənistan, Azərbaycan və Gürcüstan ekspertləri üçtərəfli formatda görüşməlidirlər
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan, Azərbaycan və Gürcüstanın ekspert icmalarının üçtərəfli formatda müzakirə etmək üçün çoxlu mövzuları var.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ermənistan tərəfindən "Sülh körpüsü" təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının sədri Areq Koçinyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunlarına dair Qəbələdə keçirilən mətbuat konfransında bildirib.
"Ötən il Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçirilib. Biz ekspert səviyyəsində bu görüşü əsas götürdük, çünki çoxdan deyirdik ki, belə bir görüşə və üçtərəfli formatda işə ehtiyac var. Müzakirə üçün çox sayda mövzular var. Bunlar ətraf mühit, xarici siyasət, risklər, nəqliyyat və logistika, iqtisadiyyat və sairədir", - o qeyd edib.
Onun sözlərinə görə, bu gün regional əməkdaşlıq formatı üçün bütün zəminlər mövcuddur.
A.Koçinyan hesab edir ki, dünyadakı hazırkı geosiyasi vəziyyət də Cənubi Qafqazda inteqrasiyanın güclənməsinə kömək edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:203
Bu xəbər 11 Aprel 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















